"Hər cibə uyğun faydalı gözəllik vasitələrim"

08.08.2016

Dəriyə, saçlara qulluq eyni dərəcədə diqqət tələb edir. Amma bir də gəlin bunu mənim kimi tənbəl xanımlara anladın. Tənbəllik və qulluq qulağa qəribə səslənsə də, gözəllik rutinimə əməl edirəm. Düzdür, bunu çox vaxt təbii vasitələrlə yox, hazır amma faydasını gördüyüm məhsullarla edirəm. İstərdim saçlarıma və üz dərimə qulluq üçün istifadə edib, nəticəsini gördüyüm sevdiyim məhsulları sizinlə paylaşım.

Əvvəlcə qeyd edim ki, mənim kimi 25 yaş və daha az yaşa sahib olan xanımlar yaxşı olar ki, yüngül tərkibli, çox da baha olmayan məhsullardan istifadə etsinlər. 

Keratin kimyəvi təsirə məruz qalmış və zədələnmiş saçlar üçün bərpaedici maska

Saçlarıma təbii maskalar etməyə vaxtım olmadığından hazır məhsullardan istifadə etməyə çalışıram. Amma məlumdur ki, hazır məhsulların da yaxşısını tapmaq olmur. Mən də, belə düşünürdüm. Ta ki, KayPro seriyasında Keratin kimyəvi təsirə məruz qalmış və zədələnmiş saçlar üçün bərpaedici maska ilə tanış olana qədər. Bu maska saçlarıma canlılıq bəxş etdi, zədələnmiş ucları yox etdi, saçlarımın tökülməsinin qarşısını aldı, parlaqlığını geri qaytardı və daha möhkəm etdi. Hətta onların tez uzanmasına da yardımçı oldu. Artıq 4 aydır ki, bu maskanı istifadə edirəm və çox razıyam. Bəs maskanı necə istifadə etmək olar? Şampunla saçlarınızı yuduqdan sonra maskanı diblərdən saçların ucuna qədər masaj hərəkətlərilə tətbiq edin, sonra taxta daraqla darayın. 5-10 dəqiqə saxladıqdan sonra ilıq su ilə durulayın və hətta yenidən 1 dəfə şampun istifadə edə bilərsiniz. 

Saçlarıma smuzi effekti – Rene Furterer, Lissea

Rene Furterer-in Lissea seriyasında olan Leave in Smoothing Conditioner-i StudioD.İ-də saçlarıma haylayter etdirdəndə studiyanın saç ustası Anton hədiyyə etmişdi. Mən də sınamaq üçün ilk dəfə istifadə də valeh edən bu məhsula aşiq oldum. Amma təəssüfki, bitmək üzrədir. Əvvəlcə qoxusu sizi valhe edəcək. Sonra yüngül, xəfif teksturasına söz ola bilməz. İstifadə edərkən noxud boyda götürüb bütün saçlarıma, daha çox isə kölgə olan hissələrə çəkib, 2 dəqiqə gözləyib yuyuram. Saçlarıma smuzi təsiri bağışlayır. Onları canlandırır, həcmli edir. Parlaqlıq da ki, öz yerində.

Pantene Pro-V Argan Oil Elixir – Saçlarımı qoruyan “qəhrəman”

Artıq bir ildən çoxdur ki, Pantene Pro-V- nin Argan Oil Elixir-ini istifadə edirəm. İlk dəfə istifadə etdiyimdə Procter & Gamble Azərbaycan tərəfindən hədiyyə olunmuşdu. Açığını deyim, elə də müsbət yanaşmamışdım bu yağın güclü təsiri olacağına. Amma istifadə etdikcə qoxusu, tərkibi, verdiyi fayda məni valeh etdi. Saçlarımı yuduqdan sonra nəm saçlarıma bir az çəkirəm, diblərindən uclarına masaj edərək yeridirəm. Yumşaqlıq, parlaqlıq, canlılıq, möhkəmliklə saçlarımı təmin edir. Saçlarımı qışda saç qurudan fenin istisindən, yayda isə günəşin zərərli təsirlərindən qoruyur. Saçlarımda olan saç haçalanmalarını yox edib. Matlığını da aradan qaldırıb. Hətta saçlarıma çəkəndə əlimdə qalanları da üzümə, boyun hissəmə çəkirəm. Saçlarıma qoruyan üç ən yaxşı məhsuldan sonra üz dərimi qoruyan məhsullardan bəhs edim.

Yves Rocher Pure Calmille təmizləmə geli

Panten-in Argan Oil Elixir-i üçün dediyim “qəhrəman” sözünü bu gelə də aid edə bilərəm. Artıq 1 ilə yaxın müddətdir ki, bu geli mütəmadi olaraq istifadə edirəm və razı qalıram. Dərim qarışıq olduğundan bu gel dərimi nə qurutmur, nə də həddən artıq yağlandırmır. Çox yumşaq çobanyastığı qoxusuna sahibdir. Mənfi cəhəti çox köpüklənməməsidir. Bu da, tərkibində kimyəvi maddələrin az olması ilə əlaqədardır. Amma səhər-axşam istifadə edirəm, üzümü təmizləyir, hamarlıq bəxş edir. Qeyd edim ki, bu məhsuldan əvvəl heç bir gel üzümə düşmürdü və üzümdə səpgilər vardı. Mütəmadi olaraq istifadə etdiyimi üçün, səpgilərim də azalıb, yox dərəcəsindədir.

Yves Rocher Pur Bleuet makiyaj təmizləmə suyu

Düzdür, o qədər də makiyaj təmizləmə suyundan istifadə edən deyiləm. Amma bu su köməyimə gələn, makiyajımı dərindən təmizləyən vasitədir. Nisbətən qatı tərkiblidir. Tərkibində yağ olmasa da, üzü təmizləyəndən sonra nazik qat kimi yağlılıq olur. Amma bu, narahtlıq vermir. Xoş qoxusu var.

Sızanaqlarıma qarşı müdafiə formulum – Garnier sızanaqlara qarşı təmizləmə geli

Bu geli son 1 aydır ki, kəşf etmişəm. Amma nəticəsini elə ilk günlərdə görməyə başladım. Garnier Aktiv Təmiz Dəri seriyasından olan bu geli Yves Rocher-in geli ilə bölüşərək istifadə edirəm. Növbəli gün rejimi tətbiq edirəm. Garnierdən olan gel sızanaqlara qarşı mübarizə aparır, qara nöqtələri yox edir, məsamələri açır. Bir sözlə hərtərəfli təmizləmə ilə dərimiz təmin edir. Əsas da, sızanaqları elə ilk gündən yox etməyə başladı. Mütləq tövsiyyə etdiklərimdəndir.





© 2015 foxy.azBütün hüquqlar qorunur.