Mariya Marloudan detoks proqramı

13.07.2016

Sağlam qidalanma üzrə ekspert Mariya Marlou sizinlə 3 gün ərzində orqanizmi detoks etməyin sadə və faydalı üsullarını paylaşır.

Hamımız bir qayda olaraq yaşadığımız məkan, sürdüyümüz maşın və işlədiyimiz ofisi səliqəli və qaydasında saxlamağa çalışırıq. Bunu orqanizmə də aid etmək çox vacibdir. Aşağıdakı yazıda detoksun insan bədəni üçün niyə və nə dərəcədə faydalı olduğunu izah etməyə çalışacayıq.

Detoks nə üçün lazımdır?

Gündəlik həyatın dəlisov ritmində köməyimizə fast-food çatır və bu artıq çoxdandır ki, adi hala çevrilmişdir. Lakin, həddindən artıq şəkər, spirtli içkilər, kofein, heyvan mənşəli məhsul və istehsaldan keçən müxtəlif ərzaqlar sizin dərinizə, həzm prosesinə və ümumilikdə bütün orqanizminizə hiss olunan dərəcədə ziyan vurur.

Müxtəlif növ pəhrizlərin əsasını bitkilər, meyvə-tərəvəzlər, tumlar təşkil edir ki, onların əsas “məqsədi” təbii üsul ilə bədəni ziyanlı maddələrdən azad etməkdir.

Üstünlüklər

Sözsüz ki, biz detoksun insan orqanizminə olan müsbət təsirini ilk növbədə xarici görünüşdə görürük və bu bizi sevindirir. Lakin, detoksun əsas üsünlüyü həzm prosesini qaydaya salmaqdan ibarətdir. Beləliklə, detoks zamanı siz adi qayda ilə gündə 3 dəfə qidalanacaqsınız, sadəcə yemək seçiminə daha diqqətli yanaşacaqsınız. Elə düşünməyin ki, detoks edəcəyiniz 3 gün ərzində ağznızın dadını tamamilə itirəcəksiniz. Bu belə deyil! Hətta, hazırlananan yeməklərə ədviyyatlar da əlavə etməyə davam edə bilərsiniz. Detoks zamanı qəbul edəcəyiniz qida əsasən sellüloza və biogen elementlər ilə zəngin olmalıdır. Unutmayın ki, istehsal prosesindən keçən məhsulların tərkibinə orqanizm üçün ziyanlı olan pestisid və antibiotiklər daxildir. Gündəlik qida rasionunuza mütləq meyvə-tərəvəz və müxtəlif növ göyərtiləri əlavə etməyi unutmayın.

Detoksu nə zaman etməli?

Detoks üçün xüsusi zaman kəsiyi mövcüd olmasa da, peşəkar immunoloqlar daha çox mövsümlərin dəyişdiyi ayları tövsiyyə edir. İş orasındadır ki, insan orqanizmi bir mövsümdən digərinə keçdiyi zaman çoxlu sayda faydalı maddələr itirir və yardıma ehtiyacı vardır. Seçim yenə də sizindir, detoksu ildə 4 dəfə (hər mövsüm dəyişəndə), yoxsa mütəmadi olaraq etmək. Əvvəlcədən qeyd edək ki, detoks heç bir xüsusi hazırlıq tələb etmir. Beləliklə, 3 gün ərzində işgüzar yeməklər, fast-food və planlanmamış qonaqlıqlardan uzaq olmaq lazım gələcək. Bundan başqa, evinizdə olan hər hansısa spirtli içki, çips və digər “lazımsız” məhsulları əl altından qaldırın. Unutmayın ki, hər bir orqanizmin təmizlənməyə ehtiyacı var və ola bilsin ki, 3 günlük detoks kursu bitdikdən sonra, siz onu uzatmaq qərarına gələsiniz. Bu isə əla olardı!

Detoks proqramını keçmiş bir çox insanlar, qida qıbulu arasında tez-tez acdıqlarını qeyd edir. Burada təəcüblü heç bir şey yoxdur, çünki, uzun illər ərzində sizin bədəniniz qeyri müəyyən cədvəl üzrə yaşamışdır. İradəli olun və həddindən çox yemək istəsəniz, alma və ya qarpız dilimi yeyin.

Qaydalar

- Şam yeməyini yatağa getməzdən 3-4 saat əvvəl edin, çünki, bildiyiniz kimi, gecələr insan bədəni yeməyi daha gecə həzm edir.

- Yuxunuzu alın və orta hesabla 8 saat yatın.

- Gün ərzində çoxlu su için (2.2 litr və ya 8-10 stəkan) və bununla da detoksikasiya prosesinə yardımçı olun.

- Hərəkətdə olun.

Detoks bitdikcə

Bədəninizə adaptasiya üçün vaxt verin və kurs bitdikcə onu yenidən ağır yeməklər ilə “yükləməyin”. Tədricən özünüzü düzgün qidalanmaya öyrəşdirməyin zamanı gəlib. Evdə sağlam qida bağlamaları hazırlayıb onları özünüzlə işə aparmaq ilə buna başlamaq çox asandır. Meyvə-tərəvəzli təbii şirələri də unutmuruq! Belə ki, gün ərzində ən azından 4 stəkan təbii şirə qəbul etmək çox vacib və faydalıdır.

Ətraflı məlumat üçün: www.mariamarlowe.com saytına daxil olun

Mətn: Mariya Marlou

Adaptasiya və tərcümə: Könül Ərəbskaya-Rüstəmova





© 2015 foxy.azBütün hüquqlar qorunur.