Aygün Yaqublu: "Qui qu'a vu Coco"

29.01.2017

Salam, əziz oxuyucular! Bu dəfə sizə hamının dəb haqqında olan düşüncələrini tamami ilə dəyişən Qabriel Şaneldən (ancaq hamı onu daha çox Koko Şanel (Coco Chanel) kimi tanıyır) danışacam.



Modelyer olmadan öncə gənc Qabriel Şanel kabaredə müğənni kimi işləyirdi. Ifa etdiyi bir mahnıdan sonra, ""Qui qu'a vu Coco" o, bu  Koko ( cücə) ləqəbini qazandı, hansı ki, sonra elə bu ləqəb onu məhşur etdi.

Şanelin karyerası fikirləşdiyimiz kimi bahalı geyimlərdən yox, məhz şlyapalardan başlayıb. Parisdə birinci fəaliyyətə 1910-cu ildə fəaliyyətə başlayan Chanel butikində sadəcə şlyapalar satılırdı. İlk Chanel geyim dükanı isə 5 il sonra açıldı. Chanel elə öz adını Parisin aristokrat xanımlarına qeyri-adi şlyapalar tikərək tanıtdı. 

Koko Şanel heç zaman ailə qurmasa da, onun həyatında kişilərin rolu çox oldu. Etyen Balzam onu kasıbçılıqdan xilas etdi, Artur Keynen Şanele ilk butikini açmağa yardım etdi. Dmitriy Romanov, onun ilk parfumunu satmağa kömək etdi.

Koko Şanel bir neçə Hollywood filmləri üçün kostyumlar yaradıb. Ancaq onun daimi müştəriləri arasında Marlen Ditrix ve Qreta Qarbo kimi tanınmış simalar olub.

Şanelin pis bir xasiyyəti də vardı, o həyatı barədə yalanlar danışmağı, ailəsi haqqında tez-tez yeni faktlar uydurardı. Bu həm uşaqlıqda, həm də yetkin həyatında davam etdi.

Kokonun rəqabət apardığı dizaynerlər də vardı, onlardan biri Elza Skyaparelli idi, hansını ki, Qabriel hamının içində "bu italyanlı" deyərək adlandırırdı. Bu iki dizayner arasında dəblə bağlı fərqli fikirlər vardı: Chanel daha çox sadəlik və komfort sevirdi, Skyaparelli isə epatajlığı. 

Koko həm də bronzlaşmanı dəbə gətirdi. Bundan öncə aristokrat xanımlar arasında ağ dərili xanımlar daha gözəl sayılırdı.

Son olaraq da, bir neçə  maraqlı fakt yazım sizə. Şanelin dünyaya gətirdiyi yeniliklər bunlar olub: LBD (little black dress) - balaca qara don, 1926-cı ildə Vogue jurnalında Chanelin  yeni kolleksiyasndan çap olundu. Koko həmçinin tvid jaketləri, bijuteriyanı, iki rəngli tufliləri, enli şalvarları və maskulin stili dəb aləminə gətirdi.

Ümid edirəm ki, Qabriel Şanel barədə yazımdan daha yeni məlumatlar öyrəndiniz.

Aygün Yaqublu

Just Aygun Bloqunun yazarı





© 2015 foxy.azBütün hüquqlar qorunur.