foxy tv

Art and Food: 5 oclock tea time

04.11.2016

14 oktyabr tarixində Yarat dostları platformasının üzvləri və bloqqerlər "5 o"clock tea time" layihəsi çərçivəsində Yarat Mərkəzində bir araya gəldilər. Tədbirin xüsusi qonağı Bulvar otelin baş qənnadçısı Rəna Alkan idi. O, iştirakçılara Amerika və Avropada əldə etdiyi təcrübədən, iştirak etdiyi sərgi və tədbirlərdən məlumat verdi. Rəna Alkan Callebaut tərəfindən Azərbaycanda yeganə Şokolad Səfiridir. Rəna xanım şokoladdan qeyri - adi təamlar hazırlamaq üzrə master-klass da keçirdi.  

 

Test redaksiya: Studio D.İ ilə yaya hazırlıq

01.07.2016

Yay dəyişiklik zamanıdır. Mövsüm dəyişikliyinə biz, Foxy heyəti saç ilə başlamaq qərarına gəldik. Gözəl forma və rəng üçün saçlarımızı Bakının məşhur gözəllik salonu olan D.I. Studio-ya həvalə etdik. Prosesi və nəticəni sizinlə də paylaşmaq istədik.

Cavablarında səmimi - DJ Fateh

08.05.2016

Baxaq görək "Ulduz Yağışı" rubrikasının ənənəvi suallarına DJ Fatehin cavabları necə oldu?

Şəmi müəllim yoxsa İlkin Hasani?

17.03.2016

Foxy onlayn qadın jurnalı və kishi.az onlayn kişi jurnalının birgə layihəsi olan "Ulduz Yağışı" rubrikasında bu dəfəki qonağı hamının Şəmi müəllim kimi tanıdığı İlkin Həsəni oldu. Gəlin baxaq görək bizim tez-bazar verdiyimiz sualları İlkin necə cavablandırdı?

Dəbli və Baxımlı ana

16.03.2016

28 fevral tarixində foxy onlayn qadın jurnalı və Analar.azsaytının redaktoru Səma Abiyeva birlikdə əməşdalığı ilə "Dəbli və Baxımlı ana" adlı master - klass təşkil edildi. 
Baş sponsor: Özsüt - Baku
Sponsorlar: Sabina Perfumery & Cosmetics Linda EstetikKeproSpa Baku Keprofitness Wax Flowers Boutique Super-mama ALZA Azerbaijan Kelagayi Lavanda Perfume Boutique

Turana Hüseynli ilə "selfie dərsi"

27.02.2016

Foxy onlayn qadın jurnalı və kishi.az ilk onlayn kişi jurnalı ilə birgə layihəsi olan "Ulduz Yağışı"nın ilk qonağı radio aparıcı, youtuber Turana Hüseynlidir. 

Qeyd edək ki, bu kiçik layihə vasitəsi ilə siz tanınmış simalarımızı bir az başqa rakursdan tanıyacaqsınız. Tez - bazar verilən cavablar onlar üçün kiçik sınaq, sizin üçün isə onları yenidən kəşf etmək şansı olacaq.

Çəkilişdə göstərdiyi köməkliyə görə Özsüt restoranına təşəkkürümüzü bildiririk. 

"Dəb, Gözəllik və Xanımlar"

01.02.2016

30 yanvar taxirində Grandezza, Kspace, City Taxi, Menzer Hajiyeva  scarves və Wax Flowers-in sponsorloğu ilə İntourist Hoteldə "Dəb, Gözəllik və Xanımlar" adlı tədbir keçirildi.

Tədbirdə Caspian Vogue bloqunun yazarı, stilist Aynur Güzel bədən quruluşuna uyğun geyinməkdən, Peşəkar və freelance vizajist Nərgiz Sakin qış makiyaj trendləri, analar.az saytının baş redaktoru Səma Abiyeva isə dəriyə gündəlik qulluq rutinlərindən danışdı.

Videonun hazırlanması PreMark şirkətinə aiddir.

Victoria Secret'in mələklərindən yeni il mesajı

21.12.2015

Məşhur alt paltarı maskası olan Victoria Secret yeni ili video ilə təbrik edir.

Dəb ruhları birləşdirir

05.12.2015

Azərbaycanın məşhur moda dizaynerlərinin iştirakı ilə “Dəb ruhları birləşdirir” layihəsinin təqdimatı həyata keçirildi. Layihənin rəhbəri stilist və schopper (şəxsi alış-veriş məsləhətçisi) Fidan Şıxzamanovadır. 

Chanel'in "Once and Forever" Filminin Fraqmenti

27.11.2015

Chanel üçün çəkilən "Once and Forever" filminin ilk fraqmenti yayımlandı. Kristen Stüart brendin təsisçisi Coco Chaneli canlandırır. Videoda vintaj geyimlər və fərqli saç stilində olan Kristen Stüartın prodüserlərlə dava səhnələri də yer alıb. 

"Once and Forever" filmi Chanelin Paris-Roma 2015/2016 Métiers d’Art kolleksiyasının nümayişi günü 1 dekabrda təqdim olunacaq. 

100 saniyədə 100 illik fitness

23.11.2015

Qadınların fitness vərdişləri 100 ildə necə dəyişdi?  Sizi bu əyləncəli video ilə baş-başa buraxırıq.

"Xoşbəxtlik yalansa əgər, qoy mən əbədi yalançın olum!"

20.11.2015

Dünən BMM-də Orxan Zeynallı (AİD) öz yeni klipinin təqdimatını keçirib. “Dərində”  adlanan klipin rejissoru Alvin Mahmudovdur. İki ay üzərində çalışdıqları yeni track-in sözləri AİD-in,  musiqisi Hans Zimmer - Inception Theme mahnısının remake-idir. Yeni track-in mix&mastering-i ProMeteyə aiddir. Orxanın qeyd etdiyinə görə, bu klip onun yaradıcılıq fəaliyyətinin ən güclü işidir. 

Qeyd edək ki, reper bu track-ini və klipini həyat yoldaşına həsr edib.

Yeni ilin ən ulduzlu kampaniyası - Burberry'dən

06.11.2015

Moda dünyasının Yeni il kampaniyaları arasında Burberry yenə də xüsusi yer tutur. "Billi Elliot" filminin 15 illiyinə həsr olunmuş kampaniyada Romea Beckam, Michelle Dockery, Rosie Huntington-Whiteley, Elton Jhon, James Corden, Julie Walters kim tanınmış model, musiqiçi və aktryorlar iştirak edib. Kampaniyanın videosunda ulduzlar filmin posterindəki tullanışı təkrar edirlər. 

 

Alış-veriş zombiləri yoxsa uğurlu marketinqin qurbanları?

06.11.2015

H&M Balmain kolleksiyası üstündə dava düşdü.

Alış-veriş zombiləri yoxsa uğurlu marketinqin qurbanları?

06.11.2015

H&M Balmain kolleksiyası üstündə dava düşdü.

Nərgiz Sakindən gündəlik payız makiyajı

30.10.2015

Makiyaj qadınlar üçün vacib amillərdəndir. Sanki üzün “qarderob”udur. Bu "qarderob"a  gündəlik, gecə, iş kimi müxtəlif makiyaj növləri daxildir. Bu dəfə Foxy sənlə mövsümə uyğun olaraq gündəlik payız makiyajından hiylələri bölüşür. Bu işdə bizə sərbəst şəkildə peşəkar vizajla məşğul olan Nərgiz Sakin yardımçı oldu.

Makiyaj proseduru ilə buradan tanış ola bilərsiniz. 

Zeppelin Wireless - Bowers and Wilkins

24.10.2015

Audio performansın yeni mərhələsi
 

Gucci payız/qış - 2015-2016

29.09.2015

Gucci 2015-2016 payız/qış kolleksiyasını Milan moda həftəsində təqdim etmişdi. Podiumda modellər beretlər və böyük çərçivəli eynəklərdən istifadə ediblər. Bu da həmin aksessuarların trend olacağı anlamına gəlir.

Lancome Parisian Inspiration by Caroline De Maigret

24.09.2015

Boş Paris küçələri, təzə kofe və kruassan ətir... Lancome-un sonuncu payız makiyaj kolleksiyasını təqdim etmək üçün reklam kampaniyasında Caroline de Maigret yer alıb.

L’Oreal Paris Color Riche Pink Obsession

24.09.2015

L’Oreal Paris çəhrayı dodaq və dırnaq boyasına həsr edilmiş yeni reklam kampaniyasında əfsanəvi Edith Piaf-ın “Çəhrayı rəngdə həyat” romantik balladasından təsirlənib.

Dior Addict

24.09.2015

Dior Addict-in yeni dodaq boyası reklamında yüngül buruqları, geniş gözləri və çəhrayı rəngə doymuş həssas dodaqları olan günümüzün Hollivud divası olan Jennifer Lawrence-in olmağı təsadüfi deyil. Bu kampaniyada əfsanəvi aktrisa moda evinin qadınlıq, zəriflik, kübarlıq kimi ən gözəl ənənələrini təcəssüm etdirir.

Dolce & Gabbana və Sofia Loren

24.09.2015

Dolce&Gabbana məhz sonuncu gözəllik trendi olan yetişmiş albalının unikal çəhrayı-qırmızı çalarındakı dodaq boyasını əfsanəvi aktrisa ilə əməkdaşlıq üçün yaradıb.

Yves Saint Laurent Rouge Pur Couture

24.09.2015

Yves Saint Laurent-in  Rouge Pur Couture dodaq boyasını təqdim etmək üçün reklam kampaniyasında qadınlığı və cazibədarlığı ilə seçilən Cara Delevingne yer alıb.

Escada Joyful Moments

24.09.2015

Escada-nın meyvə kompozisiyalı yeni ətir reklam kampaniyasında pion çiçəyini sevən gözəl top-model Miranda Kerr yer alıb. Elə modelin reklam kampaniyasında yer aldığı ətir keçən yazımızda payızın trend olan ətirləri siyahısında yer almışdı.

Puma by Rihanna

23.09.2015

Riri, Puma by Rihanna kolleksiyasındakı ilk dizaynını sərgilədi.

Şəhərin Mirvarisi

20.09.2015

Fashion blogger Nərgiz Lalayevadan yeni fotosessiya "Pearl of the City" ("Şəhərin Mirvarisi") saytımızda təqdim edəcəyik.

Video: Jalə Nəcəfova

Johny Depp Dior reklamında

12.09.2015

Dior"un səbirsizliklə gözlənilən Sauvage reklamında Jhonny Depp rol alıb.

Crock-Pot 6 : Ağıllı qazan

08.09.2015

Necə işləyir?

Çox sadədir! - Bişirəcəyiniz yemək üçün istifadə olunacaq ərzaqları əvvəlcədən qazanın içinə atın, yeməyin hansı dərəcədə və zamanda bişiriləciyini qeyd edin, Hazırdır !

Victoria’s Secret T-Shirt Bra

06.09.2015

Victoria's Secret mələklərindən Behati Prinsloo və Candice Swanepoel brendin 2015 payız kolleksiyasındakı T-Shirt Bra-lar üçün kamera qarşısına çıxdılar.

Modada tək bir qayda var: Geri dönüş

05.09.2015

Uzun müddətdir geri dönüş kampaniyalarına imza atan H&M pambıqlardan on altı hissəlik denim kolleksiya yaratdı. Geri dönüş üçün hazırladığı qısa filmdə İggy Pop kimi ilham verici məşhurlar iştirak edir

© 2015 foxy.azBütün hüquqlar qorunur.