Yorğun hiss etməyimizin 12 əsas səbəbi

Bəzilərimiz yorğunluğumuzu mövsümi dəyişiliklərlə, bəzilərimiz isə gərgin iş, qaçhaqaçlı şəhər həyatı ilə əlaqələndiririk. Amma bu halın başqa səbəbləri var. Siz də hər səhər yorğun oyanırsınız? Gəlin, yorğunluğumuzun əsl səbəblərini birlikdə bilək

Dehidrasyon: Orqanizminizin düzgün işləməsi üçün suya ehtiyacınız var. Əgər gündə 8 stəkan su içmirsinizsə, nəticədə əhvalınız pisləşir və hərəkətiniz yavaşlayır. Həddən artıq suya məruz qalmaq: Yatmazdan əvvəl duşa girmək yuxunuza mane ola bilər. Yaxşı olar ki, bu prosesi gün ərzində edəsiniz.

Dağınıqlıq: Araşdırmalar göstərir ki, səliqəli yerin olması zehninizi də rahatlandırır. Yorğun olduqda istirahət etmək istəsəniz, mütləq səliqli otaqda bunu edin.

İstilik: Çöldə hava neçə dərəcə olursa olsun fərq etməz. Siz otağınızın istiliyini 18-20 dərəcə arasında saxlamağa çalışın. Çünki gecə tərləməyin sizə faydası olmaz.

Allergiya: Əgər gözlərinizi qaşıyır və ya davamlı olaraq asqırırsınızsa mütləq həkimə gedin.

Yuxu rutini: Bu dəqiqlik istəyən bir vəziyyətdir. Əgər həftə içi axşam saat 10-da yatırsınızsa və bunu həftə sonları gecə saat 2-ə uzadırsınızsa orqanizminizin rutini pozulur.

Yatağa əsəbi girmək: Araşdırmaların nəticəsi olaraq göstərilik ki, yatağa əsəbi halda girmək yatmamaq deməkdir.

Tiroid: Əgər tiroid bezləriniz yavaş işləyirsə bu sizi halsız və bitmiş hala salar. Bu hallar sizdə varsa, mütləq həkimə gedin.

Dəmir çatışmazlığı: Dəmir qan axınını qaydasına salır və əzələlərə oksigenin getməsini təmin edir. Əgər gündə 10 mg. dəmir qəbul edirsinizsə özünüzü yorğun hiss edə bilərsiniz.

Hava şərtləri: Mövsüm dəyişiklikləri əhvalınızı dəyişir. Xərclədiyiniz endorfin səviyyəsini qaydasına salmaq üçün idman edin və gündə 10 dəqiqə də olsa günəş qəbul edin.

İçəridə olmaq: Orqanizmin balanslı işləməsi üçün günəş vacib amillərdəndir. Bunun üçün də gündə ən az 30 dəqiqə çöldə gəzmək lazımdır.

Süni işıq: Ekranlardan qəbul edilən işıq beyin dalğalarına mənfi təsir edir. Buna görə də, çalışın yataq otağında bu cür işıqlar olmasın.