Qara nöqtələrdən yaxa qurtarmaq üçün 7 ən yaxşı məhsul

Geniş məsamələrin içində qalan çirk və yağın hava ilə təması nəticəsində dəridə qara nöqtələr yaranır. Bir neçə ipucu və düzgün seçilmiş gözəllik vasitələri ilə bu problemi həll etmək mümkündür. 

Qara nöqtələri heç vaxt sıxmayın. Dermatoloq ilə məsləhətləşməkdə hər zaman  fayda var. Çünki bəzi qara nöqtələr dəridən ancaq professional dəstək nəticəsində yox olur. Üz dərinizə qulluq vasitələri alarkən spirt tərkibli vasitələrdən uzaq qaçın. Dərinizə düzgün gözəllik vasitələri ilə qulluq etdiyiniz zaman da qara nöqtələrin yaranmasının və çoxalmasının qarşısını alarsınız. 

Bugünki yazımızda isə qara nöqtələrdən azad olmaq  üçün ən yaxşı gözəllik vasitələrini seçdik:

Clinique Exfoliating Scrub - səhərlər istifadə üçündür. Dərini çirkdən və ölü hüceyrələrdən təmizləyir. 

Glamlow Supermud Clearing Treatment maskası - Hollywood ulduzları tərəfindən ulduzu parlayan bu maska məsamələri qara nöqtələrdən təmizləmək üçün ən yaxşı vasitədir. 

Clarisonic Mia 2 üz təmizləyici cihazlar - qara nöqtə və sivilcəyə meylli üz dərisinin göz bəbəyidir. Ən sevdiyiniz üz təmizliyiciləri ilə birlikdə istifadə etsəniz parlaq və hamar üz dərisinə sahib olacaqsınız.

Neutrogena Visibly Clear Qara nöqtələrə qarşı pilinq - qara nöqtələrə qarşı hazırlanmış vasitədir. 

Clarins Fluide Hydratant Matifiant Nəmləndirici - nəmləndiricilər yağlılıq və qara nöqtələr yaradırsa Clarins matlaşdırıcı losyonunu makiyajın altından istifadə edə bilərsiniz.

Shisheido Pureness Deep Cleasing Foam - makiyajı və ölü hüceyrələri dərinlənməsinə təmizləyir, üstəlik dərini fərahlıq hissi bəxş edir.

Kiehl's Rare Earth Deep Pore Cleansing maska - məsamələri toksinlərdən təmizləyir, tərkibindəki aloe vera isə problemləri dərini sakitləşdirir.