“Mon Guerlain” – Vanilli dondurmada lavanda

Guerlain-in yeni ətri “Mon Guerlain” – müasir dövr qadının himnidir. Hər halda ətriyyat evi, dünya qadınlarına gözəlliyi, gücü, zərifliyilə örnək olan Angelina Jolie-ni üzü olaraq seçdiyi yeni ətrini belə ifadə edir. “Mon Guerlain” (Mənim Guerlain-im) adından da göründüyü kimi, hər kəsin özünü tapacağı, özünəməxsus ətirdir.

Bu ətir hər kəsdə fərqli hislər oyadır. “Mon Guerlain”i ilk qoxladığınızda vanilli dondurmada sanki lavanda var və ya yazın gəlişini xəbər verən jasmin sizi bihuş edə bilər.

Güclü, azad və hissiyatlı qadını xarakterizə edən yaz ətirli parfum özündə 4 əsas notu birləşdirir.

Lavanda Karla – Klassik kişi ətrinin tərkib hissəsi olan lavanda Tahiti vanilinin güclü, şəhvətli ətrilə birləşib. Amma bu harmoniya üçün ətriyyat evi ətir sənətinin yüksək tələblərini və ənənələrini özündə cəmləyən olfaktör xüsusiyyətli nadir lavandanı qarışıq hislər yaradan ətrə əlavə edib.

Jasmin Zanbaq – günçıxmamış oyanan qadını xatırladan jasminlər səhər günəş çıxarkən toplanır. Jasmin Zanbaq zərifliyi təcəssüm etdirərək lavanda və vanil arasında keçid edir.

Ağ Səndəl – hər bir qadının daxili sərvətini və potensialını tərənnüm edir. Bu ağac qadınlığın gücünü və əbədiliyini gizli saxlayır.

Tahiti Vanili – Yazın gəlişini təcəssüm etdirən ətrə son nöqtəni məhz bu vanil notu qoyur. Və bütün 4 notun birləşimindən qadınlığın himni olan “Mon Guerlain” yarandı.

Ətri üzərimizə vurduqda biz özümüzü sanki yay fəslində Provansda hiss edirik. Guerlain-in qadın gücünü, zərifliyini göstərən bu ətrin şüşəsi də əfsanəvidir və sizə məxsusdur.

Özünüzü güclü, azad və hissiyatlı hesab edirsinizsə, eyni zamanda müasir qadınlığın himninə töhfə vermək istəyirsinizə “Mon Guerlain” ətri əsl sizin axtardığınızdır.

Qeyd: Guerlain-ın yeni ətrini əldə etmək istəsəniz Sabina Perfumery &Cosmetics mağazalar şəbəkəsinə baş çəkə bilərsiniz.