Gözəl ayaqların sirri bizdə!

Keçən mövsümlərdə dəbdə olan konturlama gün keçdikcə yeni bir forma almağa başlayır. Üz makiyajında bütün qızların sevimlisi olan, eyni zamanda da hamının sanki eyni üz formasınsa sahibmiş kimi göstərən bu prorsesi dekolte bölgələrinə də tətbiqi geniş yayılmağa başlayıb. Bu da az deyilmiş kimi, konturlama prosesini bu dəfə siz, qıçlarınıza da tətbiq edə biləcəksiniz.

Daha böyük sinəyə sahib olmaq istəyənlər üzə tətbiq etdikləri konturlmanı sinələrinə əvvəlcə aydınladıb, tündləşdirərək tətbiq edib böyük sinə görüntüsünü yarada bilərlər. Amma bloqerlər və makiyajı sevən xanımlar bununla yetinməyib, konturlama prosesində yeni trend: ayaq konturlamasını yaratdılar.

Bu trend idman edərək əzələli və gözəl formalı qıçlara sahib olmaq üçün daha çox güc sərf etmək istəməyən tənbəl xanımlar üçün əla kəşfdir. Üz və dekolte hissədə edilən konturlama prosesini də qıçlara tətbiq etməklə gözəl, qüsursuz görüntü əldə edə bilərsiniz. Bu dəfə sadəcə qıçlarınızın yanlarını və əzələ görüntüsü yaratmaq istədiyiniz hissələrini tünd rənglə xətləyib, digər hissələri isə açıq rənglə aydınladırsınız. Sonra da sanki “photoshop”lanmış qıçlara sahib olursunuz.