Büdcənizə uyğun 5 ən yaxşı makiyaj təmizləyici su

Artıq üz təmizləmə prosesində misellyar su dövrünə qədəm qoymuşuq. Köpük və gel formasında olan təmizləmə məhsullarına görə, bu cür təmizləyici sular daha praktikdir. Bəs hansı brendlərin hansı misellyar suları daha yaxşıdır? Dərinizə və büdcənizə uyğun makiyaj təmizləmə suyunu düzgün olaraq necə seçməlisiniz?

Bütün sualların cavabı gözəllik redaktorumuzun da istifadə etdiyi və məsləhət bildiyi misellyar sular haqqında yazının davamındadır.

La Roche Posay Solution Micellaire Physiologique

Göz, dodaq və üz makiyajınızı təmizləyən bu misellyar su, üzünüzü ehtiyatla təmizləyər, həssas dəriləri zədələməz. Sabun, spirt və boyalı maddə olmayan tərkibilə ph balansını qoruyaraq üzdəki makiyajı tamamilə təmizləyir. Quru dərili xanımlar bu makiyaj təmizləmə suyuna üstünlük verə bilərlər. Çünki makiyajı təmizlədikdən sonra üzünüzün nəmə olan ehtiyacı təmin olunur.

Garnier Misellyar Qüsursuz Makiyaj Təmizləmə Suyu

İstifadə etdikdən sonra su ilə yenidən yuyulmağa ehtiyacı olmayan və bir çox makiyajsevənlərin favorisi Garnier-ə aid Qüsursuz Makiyaj Təmizləmə Suyudur. Suyun tərkibində olan və “misel dənəciyi” olaraq adlandırılan hissəciklər makiyajı, yağı maqnit kimi özünə çəkərək üzü təmizləyir, dolmuş məsamələri də açır. Xüsusilə, həssas dərilər üçün hazırlanan formulu ilə Garnier makiyaj təmizləmə suyu dərinizi yumşaltmağı və canlı göstərməyi vəd edir.

Bioderma H2O

Tərkibində xiyar özəyi, nəmləndirici və dəriyə təravət bəxş edən maddələr toplayan Bioderma-ya aid H2O Təmizləmə Suyu ən çox üstünlük verilən misellyar su kimi məşhurdur. Həssas və alergiik dəri növlərinə sahib xanımların rahatlıqla istifadə edə biləcəyi bu məhsul tərkibində yağ əsaslı nəmləndirici olmasına baxmayaraq, dəridə yağlılıq buraxmır.

Nivea Micellar Makiyaj Təmizləmə Suyu

Uyğun qiymətə olan makiyaj təmizləmə suları arasında Nivea markasına aid misellyar suyu ən çox üstünlük verilənlərdəndir. Tərkibindəki dexpanthenol və üzüm çəyirdəyi yağı sayəsində makiyajı qüsursuz təmizləyir. Dərinləməsinə təmizliklə yanaşı, dərini qidalandırır, dəridəki qızartıları, gərginliyi və quruluğu yox edir. Eyni zamanda Nivea-nın misellyar suyunun tərkibində paraben və parfum yoxdur.

Caudalie Micellar Təmizləmə Suyu

Caudalie brendinə aid misellyar suyu həssas dəriyə sahib olanlar daha çox istifadə edirlər. Dərini təmizləyir və nəmləndirir. Dermatoloji və oftalmoloji olaraq test edilən məhsulun tərkibində alergik maddələr və sabun yoxdur.