Bu yaz da gözlərimiz rənglənəcək

Havalar isindikcə makiyaj çalarları dəyişir və rənglənir. Bu yaz gözlərdə metalik çalardan tutmuş “smoky eyes”a qədər 4 fərqli trend özünü göstərəcək.

Şaftalı çalarları

Bu mövsüm qəhvəyini və nude çalarları unudun, təbii makiyaj üçün şaftalı çalarlarını seçin. Parlaq tonal krem ilə canlı bir baz yarada bilərsiniz. Sonra isə göz, yanaq və dodağınızda şaftalı çalarlarında xəfif makiyaj edin. Daha canlı bir görüntü üçün isə bir az parıltısı olan ənlik, ten və ya parlaq bir dodaq boyası istifadə edə bilərsiniz.

Rəngli

Rəngli eyeliner-larla bütün diqqətləri gözlərinizə çəkə bilərsiniz. Firuzəyi kimi pastel çalarlara üstünlük verin. Gözlərinizin daha böyük görünməsi üçün bənzər çalarlarda tuş da tətbiq edə bilərsiniz. Yox kimi ənlik və dodaq boyası ilə makiyajınızı tamamlasanız trendə uyğun göz makiyajı etmiş olacaqsınız.

Smokey

Havalar isindikcə “smokey” makiyajınızı da yumşaltmalısınız. Çəhrayı çalarlara üstünlük versəniz həm yumşaq, həm də daha qadınsı bir görüntü yarada bilərsiniz. Mat bir dodaq boyası və qara eyeliner ilə bütün gün işimizi rahatlaşdıra bilərik.

Metalik bənövşəyi

Əgər daha iddialı bir görüntü istəsəniz metalik, parıltılı və bol piqmentli məhsullar seçin. Yazın trend rənglərindən olan metalik bənövşəyi göz makiyajını parlaq bir dodaq boyası ilə tamamlayaraq yaz partilərinin ulduzu ola bilərsiniz.