Bu gözəllik trendlərinə əlvida deməlisiniz

Keçən mövsümdə dəbdə olan bəzi makiyaj texnikaları hər kəsə təsir etsə də, yeni mövsümdə süni görüntü yaradan bu üsullardan imtina edib, təbiiliyə geri dönməyin vaxtı gəlib çatıb. Yeni mövsümdə daha dəbli görünməyiniz üçün 5 makiyaj trendinə əlvida deməlisiniz.

Həddən artıq konturlama

Çox sürətli bir şəkildə öz təsirsini göstərən konturlama üsuluna artıq əlvida deməyin vaxtıdır. Təbiilikdən uzaqlaşaraq başqa bir üzə sahib olmağınıza səbəb olan konturlamanı sadəcə ənlik vasitəsilə edərək, üzünüzü daha təbii şəkildə incə göstərə bilərsiniz.

Daha qabarıq strobing

Strobing üsulu ilə yanaqlarınızın və gözlərinizin iç bucaqlarını daha qabarıq strobing etməkdən imtina edin. Aydınlatıcı köməyilə daha xəfif hərəkətlərlə təbii görüntü yaradın.

Süni qaşlar

Xüsusilə də, İnstagramdakı gözəllik videolarında gördüyünüz çox qalın, qapqara və daha qabarıq qaşlar yerinə, təbii görüntülü qaşlara üstünlük verin. Eyni zamanda, makiyaj ilə şəkilləndirilən süni qaşlar sizin yaşınızı daha böyük göstərir.

Ağappaq göz altları

Göz altlarına aydınlıq qatmaq üçün istifadə olunan ağ kirşan üsulu artıq köhnəlib. Təbiilikdən tamamilə uzaqlaşmağınıza səbəb olan həddən artıq ağ kirşan eyni zamanda, fotolarda da pis düşməyinizə səbəb olur.

Sərhəddi keçən dodaqlar

Dodaqlarınızı böyük göstərmək üçün dodaq qələminizi qabardaraq istifadə etmək və dodaq xətlərinizin üstünə qədər boya çəkmək, sizin pis görünməyinizə səbəb olur. Əgər dodaqlarınızı daha dolğun göstərmək istəyirsinizə dodağınızın tam ortasına parıldadıcı çəkərək istəyinizə çata bilərsiniz.