Ayağa qulluqda banan pilinqi

Banan həm yemək üçün, həm də dəriyə qulluq üçün mükəmməl meyvədir. Bu dəfə sizə bananın ayaqlarımıza olan faydasından bəhs etmişik.

Banan qabığı amin turşuları və dərini nəmləndirən A, B, C və E kimi qidalandırıcı vitaminlərlə zəngindir. Bu səbəblə də, istifadə etdiyiniz bananın qabağını zibil qutusuna atmayın, onu gözəlliyiniz üçün istifadə edə bilərsiniz. Belə ki, banan qabığının içindəki lifləri çıxarıb ayaqlarınızın quru hissələrinə sürtün və bir az gözləyin. Sonra ayaqlarınız su ilə yuyub bananın yapışqan maddələrindən xilas olun.

Bunu həftədə 2-3 dəfə tətbiq etsəniz ayaqlarınızdakı quruluğun necə azaldığını hiss edəcəksiniz.