Zədələnmiş saçlara evdə peşəkar qulluq

Saçların boyanması, fendən istifadə,  sprey, mus kimi saç şəkilləndiriciləri sayəsində saçlarımız zədələnir, zəifləyir və sağlamlıqlarını itirir. Təkcə bu məhsullar deyil, həm də, günəş şüaları, ekoloji çirklənmə, düzgün qidalanmamaq da bu zədələnmələrə gətirib çıxardır. Zədələnmiş və zəif saçlarınızı bərpa etmək istəyirsənizsə 2 üsulu nəzərdən keçirtməlisiniz: birinci təbii yağlar və ikinci isə gözəllik salonlarından peşəkar kömək almaq. Amma bəzən çoxlarımızın gözəllik salonlarından kömək almağa vaxtımız və imkanımız olmur. Biz sizə bu işdə kömək etməyi düşünürük. Bunun üçün sizə evdə zədələnmiş və zəif saçlarınıza peşəkar qulluq təqdim edirik.

 Təbii yağlar və mətbəxdəki möcüzəniz

Təbii yağlar və mətbəxdəki məhsullarla ən az gözəllik salonlarından alınan təsiri evdə qulluq edərək də ala bilərsiniz. Nəticədə həm pulunuz cibinizdə qalar, həm də, saçlarınıza tətbiq etdiyiniz məhsulun tərkibinə də, nəzarət edə bilərsiniz. Amma bilin ki, evdə etdiyiniz qulluq salonlarda edilən qulluğa nisbətən gec təsir göstərə bilir və zamanınızı alır.

Saçlarınız qırılmasın, güclü olsun deyə, yumurta maskası istifadə edə bilərsiniz. Bunun üçün 1 ədəd yumurtanı yaxşıca çalın və 1 ç.q. bal əlavə edin, yenidən yaxşıca qarışdırın. Sonra saçlarınıza kökdən uca çəkin. 15-20 dəqiqə saxlayıb ilıq su və şampunla yuyun.

Saçları və qurumuş baş dərinizi nəmləndirmək üçün zeytun yağı, hind qozu yağı əlavə edib qarışdırın. Sonra saçlarınıza və dərinizə 10-15 dəqiqə masaj edərək çəkin, 30 dəqiqə saxlayıb ilıq su ilə yuyun. Nəticədə saçlarınız yumşalacaq. Bu təbii qulluğu həftədə 1-2 dəfə edə bilərsiniz. Təsirini 3-4 həftə sonra görə bilərsiniz.

Quru, zəif və zədələnmiş saçlar üçün digər bir maska isə avokado maskasıdır. Maskanı hazırlamaq üçün 1 stəkan zeytun yağı, 1 ədəd əzilmiş avokado və 1 ç.q. balı götürüb yaxşıca qarışdırın. Sonra saçlarınıza çəkib 30 dəqiqə saxlayın. Avokado olmasa banan da istifadə edə bilərsiniz.  Saçlarınızın ucu tez-tez qırılarsa axşam evə gəldikdən sonra saçlarınızın ucuna zeytun yağı çəkin.

Zədələnmiş saçlarınıza peşəkar qulluq

Zədələnmiş saçlar üçün istifadə edə biləcəyiniz bir çox kosmetik məhsul və peşəkar qulluq vasitələri var. Amma siz daha yaxşı məhsulu seçməlisiniz. Diqqət edin ki, belə saç növünə sahibsinizsə mütləq seçdiyiniz məhsulun tərkibində E, A vitaminləri olsun. Həm də, saçlarınızı qısa kəsdirə bilərsiniz ki, yenidən sağlam inkişaf etsin. Bundan əlavə, saç yuma vasitələrinizi ən keyfiyyətli və peşəkar qulluq nəticəsini verəcək məhsullardan seçin. Bunun üçün sizə KayPro seriyasının zəif və zədələnmiş saçlar üçün Botu-Cure məhsullarını məsləhət görürük.

Botu-Cure – Saçları kritik durumlarda bərpa edir və botoks ilə peşəkar müalicə edir.

Botu-Cure zəif və zədələnmiş saçlar üçün bərpaedici botoks şampun – Bitki tərkibli çox zədələnmiş və qırılmağa meyilli saçları bərpa edən şampundur. Müalicəvi təsirə malikdir. Saçları daxildən bərpa edir. Zəngin tərkibi sayəsində saçların zülal balansını bərpa edir. Yaş saçlarınızın dibinə masaj edərək yeridib və ilıq su ilə yumalısınız.

Botu-Cure zəif və zədələnmiş saçlar üçün bərpaedici botoks maska – Saçların dolaşığını effektiv açır, onları kökdən bərpa edir. Maskanın tərkibi o qədər zəngindir ki, saç kutikulasını bağlayaraq onlara daxildən təsir göstərir. Maskanı istifadə etmək üçün nəm saçlarınıza çəkin, diblərdən uclara qədər masaj hərəkətlərilə tətbiq edin, 5 dəqiqə saxlayın. Sonra ilıq su ilə yuyun.

Botu-Cure zəif və zədələnmiş saçlar üçün bərpaedici botoks sprey –  Bitki tərkibli çox zədələnmiş və qırılmağa meyilli saçları bərpa edən spreydir. Saç liflərini intensiv bərpa edir və onları möhkəmləndirir. Sprey masaj hərəkətləri ilə saça ucundan dibinə kimi tətbiq edilir. Saçlarda 5 dəqiqə qalır. Yumadan üzərinə bərpaedici maska istifadə olunur.