Xiyarla 3 maraqlı yay salatı

Yəqin ki, düşünürsünüz ki, xiyarla maraqlı nə hazırlamaq olar? Ya çoban salatı, ya paytaxt salatı, ya da ki... elə bizim təqdim etdiyimiz maraqlı respetlərlə yüngül yay salatları hazırlamaq olar. Həm fərqlilik olar, həm də ağız dadınız daha maraqlı ləzzətlər tanımış olar.

Əzilmiş xiyar salatı

İçindəkilər

Xiyar – 300 qr

Soya sousu – 15 qr

Balıq sousu – 3 qr

Çili bibəri – 3 qr

Küncüt – 15 qr

Limon suyu – 6 qr

Küncüt yağı – 8 qr

Kişniş – 4 qr

Hazırlanması

Bu resept Çin mətbəxinə aiddir. Birinci xiyarı paketin arasında qoyub əzin.

 Sous üçün bibərləri üyüdün, keşnişi doğrayın, mayelərlə birlikdə qarışdırın.

Əzilmiş xiyar sousla qarışdırılır.

 Daha sonra salatı servis edəcəyiniz qaba ya da ki, maraqlı təqdimat olsun deyə, kiçik bankalarla yığın, küncüt və keşniş yarpağı ilə dekor edib süfrəyə servis edin.

Çiyələkli xiyar salatı

İçindəkilər

Çiyələk – 200 qr

Xiyar – 1 ədəd

Yoqurt – 200 qr

Bal (duru) – 1 x.q.

Zeytun yağı – 2 x.q.

Balzamik sirkəsi – 1 ç.q.

Təzə nanə – 5-6 yarpaq

Tərxun – 2-3 yarpaq

Hazırlanması

Salatı böyük servis boşqabında hazırlayın. Çiyələkləri 4-6 hissəyə ayırın. Xiyari əyir formada yumru şəkildə doğrayın. Nanə və tərxun yarpaqlarını doğrayın. Bal, yoqurt və göyərtiləri qarışdırın. Başqa qabda da zeytun yağı ilə sirkəni qarışdırın. Bütün ərzaqları birlikdə qarışdırın və boşqaba əlavə edin.

Şopska salatı

İçindəkilər

Brinza pendiri – 50 qr

Xiyar – 1 ədəd

Pomidor – 1 ədəd

Bolqar bibəri – 2 ədəd

Soğan – 1 ədəd

Günəbaxan yağı – zövqə görə

Duz – zövqə görə

Hazırlanması

Şopska salatı (Bolqarıstanda etnik qrup) – təkcə Bolqarıstanda deyil, həm də Makedoniya, Çex Respublikası, Monteneqro və Serbiya kimi digər Şərqi Avropa ölkələrində də məşhurdur. Pomidor, xiyar kub-kub doğranır. Bibərin də içi təmizlənib kub formasında doğranılır. Tərəvəzlər qarışdırılır. Soğan xırda-xırda doğranılır. Tərəvəzlərə əlavə olunur. Yağ, duz əlavə edilir, qarışdırlır. Sonra qarışıq tərəvəzlər servis qabına tökülür. Sonra üzərinə sürtgəcdənkeçirilmiş pendir səpilir.