Üzünüzə maska qoyarkən 5 nüansa diqqət edin!

Üz maskaları məsamələri açmaqda kömək edərkən həm də, qan dövranını da yaxşılaşdırır. Eyni zamanda da vaxtından əvvəl yaşlanmanın da qarşısını alır. Buna görə də, dərinizə qulluq etdiyiniz zaman mütləq üz maskalarına diqqət edin. Bunun üçün sizə maska edərkən nələrə diqqət etməli olduğunuz barədə bəzi ip ucları təqdim edirik.

1. Üzünüzə maska etməmişdən əvvəl 2 ya da 3 dəqiqə su buxarı edin. Bu, sizə məsamələrinizi açmaqda kömək edəcək. Nəticədə maska öz təsirini daha yaxşı göstərəcək.

2. Maskanı üzünüzə tətbiq edəndə çalışın ki, sərt hərəkətlər etməyəsiniz. Mümkün olduğu qədər üzünüzlə nəvazişlə davranın.

3. Üzünüzə maska etdikdə 15-20 dəqiqə saxlayın ki, maska öz təsirini göstərsin. Daha sonra ilıq su ilə ovxalayaraq təmizləyin.

4. Tez-tez maska etmək üz dərinizə zərər vura bilər. Bunu nəzərə alıb həftədə 1-2 dəfə maska etsəniz daha yaxşı nəticə əldə edə bilərsiniz.

5. Çoxumuzda maska etdikdən sonra üz dərimizdə quruluq yaranır. Bu problemi ortadan qaldırmaq üçün maskadan sonra mütləq dərimizi nəmləndirməkdə fayda var. Bunun üçün üz dərimizə uyğun ya nəmləndirici kremlərdən, ya da ki, xiyar qabığından istifadə etmək mümkündür.