Test redaksiya: Saç kəsimi və boyama

Yay dəyişiklik zamanıdır. Mövsüm dəyişikliyinə biz, Foxy heyəti saç ilə başlamaq qərarına gəldik. Gözəl forma və rəng üçün saçlarımızı Bakının məşhur gözəllik salonu olan  Studio D.İ -ya həvalə etdik. Prosesi və nəticəni sizinlə də paylaşmaq istədik.

Əvvəlcə sizə Studio D.I. haqqında qısa məlumat verərək bildirmək istəyirik ki, Dmitriy İskakova aid olan bu gözəllik studiyası 2015-ci ilin avqustundan fəaliyyət göstərməsinə baxmayaraq, qısa zamanda çox uğura imza atıb. Belə ki, studiya Azerbaijan Fashion Week-də iştirak edib, L'Officiel, Baku və Nargiz jurnallarında çəkiliblər, bir sıra televiziya proqramlarında çıxış ediblər. Gözəllik studiyasında sizə peşəkarcasına xidmət göstərən 6 saç ustası, 3 manikür və pedikür ustası, 1 nəfər isə vizajist fəaliyyət göstərir. Komandamızı isə yaya hazırlayan Studio D. I.-nin unikal, digər ölkələrdə də çalışmış peşəkar saç ustası Anton Zabolotnyi oldu. Onun peşəkarlığı hər bir müştərisi üçün fərdi obraz yaratmağındadır. Məhz buna görə də, biz Antonun məsləhətlərindən faydalandıq.

Ilk  yaya hazırlıq üçün Anton jurnalımızın Baş redaktoru Xəyalə Məmmədovanın saçlarından başladı.

Xəyalə Məmmodova, Baş Redaktor Foxy.az

Anton əvvəlcə mənim üçün 2016-nın yay mövsümünə uyğun olan saç kəsimi forması seçdi. Və işə saçlarımı kəsməklə başladı. Bunun üçün əvvəlcə saçlarımı yudu. Yuyulan zaman isə salonlarında olan peşəkar brendlərin yuma vasitələrindən istifadə etdi. 

Daha sonra isə saçlarımı trendə uyğun olaraq kəsdi. Kəsim bitdikdən sonra sıra saçlarımı boyamağa gəldi.

 

Antonla saçlarımı yaya və dərimin rənginə uyğun olan rəngdə boyamaq üçün seçim etdik. Qərara aldıq ki, saçlarımı haylayterlə boyasın. Yenidən Anton Studio D.I.-nin peşəkar məhsullarından istifadə etdi. Və saçlarımı boyamağa başladı.

O, saçlarımı boyayarkən studiyanın peşəkar dırnaq ustası da əllərimə qulluq etdi. Qeyd edim ki, hazırda Studio D.I.-də dırnaq servisinə 20% yay endirimləri var.

Əllərim masajda olan zaman da Anton da, boyamanı bitirdi. Sonra da studiyada boyanı qurutmaq üçün olan aparatda gözlədim.

Vaxt tamam olduqdan sonra da Anton saçlarıma “beach style” effekti verdi. Mənim saçlarım tipində saçlara sahib olan xanımlar yayda tərzli saçlara sahib olmaq istədikdə bu ən ideal və vaxt aparmayan saç yığımına müraciət edə bilərlər. Bunun üçün Anton Studio D.I.-də satışda olan Wella Professional-ın okean duzu adlanan spreydən istifadə etdi. Nəticə isə göz qabağındadır.

Daha sonra Anton komandamızın fotoqrafı və yazarı Nuranə Novruzu da yaya hazırladı.

Nuranə Novruz, Fotoqraf və yazar Foxy.az

Mən saçlarımı tamam başqa formada etmək istəsəm də, Anton peşəkarlığından yaxşı mənada istifadə edib məni səhv addımdan döndürdü. Onun trendlər və mənə uyğun olub-olmayacağını vurğulayan məsləhətilə saçlarımda mövsümə uyğun olaraq sadəcə qabaq hissədən uclara kiçik amma görnüşümə fərqlilik qatan haylayter etməsi yönündə qərar verdik. Bunun üçün boyanı seçdik və işə saçlarımı yenə də Studio D.I.-nin peşəkar yuma vasitələrindən istifadə edərək saçlarımı yumaqla başladıq. Yuma prosesi bitdikdən sonra isə Anton saçlarımı boyadı. Və təbii ki, boyadan sonra haylayteri önə çıxaracaq və üz quruluşuma uyğun olan saç düzümü də etdi.

Qeyd edim ki, bu saç düzümünü asanlıqla siz də evdə edə bilərsiniz. Bunun üçün sadəcə okean duzuna və fenə ehtiyacınız olacaq. Nəticədə isə mənim saçlarım kimi sadə və bir o qədər də, tərzli saçlara sahib olacaqsınız.

Əgər siz də, daha da gözəlləşmək, peşəkar xidmət və rahat məkan görmək istəsəniz Bülbül prospekti 58D ünvanında yerləşən Studio D.I.-dən yolunuzu salmanız kifayətdir. Burada sizi gülərüz personalla yanaşı, peşəkar məhsullar da gözləyir. Loft tərzində olan studiyada siz həm gözəlləşə, həm də istirahət edə bilərsiniz.

Studiyanın peşəkar personalı Wella Professional, Global Keratin, Kerastase, L'Oreal Professional, Rene Furturer, Matrix kimi brendlərin məhsullarından, Boyko Beauty School-un alətləri və kistlərindən istifadə edirlər. Eləcə də, siz bu, peşəkar vasitələri studiyadan əldə edə bilərsiniz. Bu gözəllik salonunun digər salonlardan fərqi burada hər bir qonağın peşəkar diaqnostikanın köməyilə evdə özü üçün qulluq ritualı seçə bilməsidir.

Hazırlıq prosesi ilə bu videodan tanış ola bilərsiniz: http://bit.ly/29nWxqt

Ünvan: Bül Bül 58 D; (+994 12) 493 44 05