Take and go - 5 fərqli məkan

İşə, görüşə tələsirsiniz? Könlünüzə kofe, dondurma düşüb? Bu zaman bizim köməyimizə "take away" məkanlar çatır. Sizin üçün 5 bir-birindən fərqli "take away" məkan seçdik: 

Grill könig - 100% alman keyfiyyəti!

Müştərilərə bütün dünyada məşhur olan və ən müasir küçə treylerlərində satılan xüsusi alman sosislərinin çeşidlərini və tamamilə yeni fast food üslubunu təklif edir. Bununla belə, buradan sizin üçün sevgi ilə hazırlanan ləzzətli, keyfiyyətli yeməklər, garnirlər və içkilər də əldə edə bilərsiniz.  

Grill König, Azərbaycanda grildə hazırlanmış əsl alman sosislərinin yeni fast food şəbəkəsidir. 

Grill König sizi Kukla Teatrla üzbəüz, Rəsul Rza küçəsində və Nizami küçəsində gözləyir.

The Place

The Place - bu Bakıda ilk limonad evidir ki, siz burada təzə sıxılmış dadlı meyvə suları, kokteyllər, təzə içkilər və əlavə olaraq dadlı şirniyyatlar seçə bilərsiniz. Bu unikal məkan Sahil metrosunun yanında, Malakan bağı yaxınlığında yerləşir.  

Qeyd edek ki, The Place günün 24 saatı xidmətinizdədir.

C`Ad`oro ice Café

C`Ad`oro ice cafe - də siz həm də oturub dincələ, atmosferden həzz ala, İtalyan dondurmasının və  Almaniya şirniyyatının dadına baxa bilərsiniz. İce Café hər gün saat 9:00-dan 00:00-a kimi xidmətinizdədir. 

Ünvan: Ü.Həcibəyov 16.

Coffee go

"Take Away Your Coffee with Smile" şüarı ilə "Take away cafe" avropa formatında fəaliyyət göstərən məkandır. Bu məkan sizə çox dadlı kofe çeşidləri, təzə sıxılmış meyvə suları, südlü və meyvəli kokteyllər təklif edir. Buradan siz həmçinin dadlı peçenyalar, sendviçlər də əldə edə bilərsiniz. 

Əgər siz kofe, şokolad sevirsinizsə, ancaq oturmağa zamanınız yoxdursa o zaman "Coffee go"ya üz tutun. 

Ünvan: İstiqlaliyyət 43-45 və Nizami 68

Boombalambuz

Təqribən 1 aydır fəaliyyətə başlayan Boombalambuz artıq sakinlərin sevimlisinə çevrilib. Burada siz müxtəlif çeşidli qar dondurmaları, ice-tea, milk-shake-lər gözləyir. Boombalambuzda oturmaqla yanaşı siz sifariş etdiyiniz soyuq içkiləri özünüzlə də apara bilərsiniz.

Ünvan: Hacı Zeynəlabdin Tağıyev 14.