Soyuq havalarda üz üçün ən yaxşı kremlər

Soyuq havalar düşdüsə biz xanımların, xüsusən də, dəriləri quruluğa meyilli olan xanımların çətin vaxtları başlayır. Amma belə havalarda gündəlik qulluğu, yəni, üz dərimizi nəmləndirməyi yerinə yetirsək hər şey qaydasında olar. Elə bu səbəblə də, soyuq havalara qalib gəlmək üçün sizə dərinizi tamamilə nəmləndirən və qidalandıran gündəlik üz kremlərini təqdim etməklə kömək etmək istəyirik.

CHANEL HYDRA BEAUTY GEL CREME

Zəncəfil və kamelya ekstraktı ilə yüngül Chanel Hydra Beauty gel tərkibli krem hətta payızın soyuq havalarına da həssas olan üz dərilərinə faydalıdır. Zəncəfil və kamelya dəridəki yorğunluğu aradan qaldırmaqla, ona mövsüm dəyişikliyinin verdiyi mənfi təsirlərlə mübarizədən qalib ayrılmağa kömək edir.

SISLEY LES RESINES TROPICALES

Sisley-in tropik bitkilərdən hazırlanan yeni kremi qarışıq və yağlı dərilər üçün əsl möcüzədir. Krem soyuq havalarda dərinizə hamarlıq bəxş etməklə yanaşı, məsamələrin də yaxşı nəfəs almasına yardımçı olacaq.

SHISEIDO BIO-PERFORMANCE LIFTDYNAMIC CREAM

Dəbdəbəli SHISEIDO BIO-PERFORMANCE LIFTGYNAMIC krem dəridəki bütün problemləri həll etməyə qadirdir. Əvvəla o dərini yaxşı nəmləndirir, ikincisi isə, hüceyrələri soyuq havalarda da asanlıqla yeniləyir. Nəticədə də, dərilə yanaşı, üz cizgilərinə də yaxşı təsir edir.

CLARINS HYDRA QUENCH CREAM-GEL

Clarins-dən olan gel tərkibli bu krem yağdan parıldayan və genişlənmiş məsamələri bərpa etməyə kömək edir.

CLINIQUE MOISTURE SURGE EXTENDED THIRST RELIEF

Zərif nəmləndirci gel tərkibli krem dəri tərəfindən asanlıqla əmilir, dərini nəmləndirir, soyuqdan yaranmış quruluğu və qızartını tez bir zamanda yox edir. Dərinin elastikliyini bərpa etməklə yanaşı, qırışları da hamarlaşdırır.

L’OCCITANE COMFORTING CREAM

L’OCCITANE-dan olan yüngül tərkibli bu kremi dəri üçün rahatlıq da adlandırmaq olar. Tərkibindəki şi yağı dəridəkı quruluğu aradan qaldırır və onu yaxşıca nəmləndirir.