Şokoladla dadlı gözəllik

Şokolad hər kəsə özünü sevdirən, xüsusən də əhval - ruhiyyəni yüksəldən bir vasitə kimi əvəzolunmaz daddır. Yəqin ki şokoladın kosmetik effektlərindən də xəbəriniz var. Şokolad üz və bədən dərisinə olan gözəlləşdirici, nəmləndirici, cavanlaşdırıcı möcüzəvi təsiri ilə ən kaprizli gözəli belə özünə bağlaya bilir.

Düzgün hazırlanan şokolad maskalarından istifadə etdiyiniz zaman heç bir əlavə kosmetik vasitəyə ehtiyac olmayacaq. Üzünüz daim gözəl, baxımlı, təravətli və cavan görünəcək.

Klassik şokolad maskası

2 xörək qaşığı kakaonu 100 ml isti suda həll olunana kimi qarışdırırıq. Zəif odda qarışdıraraq bişiririk, 1 çay qaşığı vanil əlavə edirik. Alınan məhlul krem şəklində olmalıdır. (ehtiyac olduqda su əlavə oluna bilər)

Maska dəriyə ilıq halda çəkilməlidir. 15-20 dəqiqə sonra ilıq su ilə yuyuruq. Həftədə 3 dəfə edəcəyiniz bu maska ilə dərinizdə arzuladığınız nəticəni əldə edəcəksiniz.

Yağlı, quru. qarışıq, səpkili, problemli, normal və s. tiplərinə görə şokolad maskalarının tərkibi dəyişə bilər.