Sızanaqlardan azad olmağınız üçün 9 qida

Elə qidalar var ki, sızanaqları tamamilə yox edir. Bu qidaların axtarışına çıxıb, sızanaqlardan yaxa qurtarmağa çalışırıq. Amma hansı qidaların doğru qidalar olduğunu bilmirik. Doğru olan,  sızanaqlardan azad olmağınızda köməkçi olacaq həmin 9 qida haqqında sizinlə paylaşırıq. 

Avokado

Avokado bu mövzuda bəlkə də, özünə abidə qoyub. Heç bir zərərini tapmaq mümkün deyil. Tərkibindəki C və E vitaminləri sızanaqları məhv etməkdə çox təsirlidir. Mütəmadi istifadə edildikdə nəticə əldə etmək olur.

Brokkoli

Brokkoli də öz növbəsində sızanaqları yox etmək mövzusunda rekordçudur. Amma bir çoxları hesab edir ki, bu kələmin heç də yaxşı dadı yoxdur, sanki “acı dərman”ı xatırladır. Lakin bu tamamilə səhv düşüncədir. A vitamin kompleksi, B vitamin qrupu və K vitamini sayəsində dəriyə yüksək keyfiyyətdə qulluq imkanı verir, onu sürətli şəkildə sağaldır. 

Əncir

Maqneziumla zəngin olan bu dadlı meyvə də, dərinin hamarlığını, məxmər kimi yumşaqlığını geri qaytarır və piy vəzilərinin fəaliyyətini azaldır.

Yulaf yarması

Maqneziumla zəngindir, amma dadı elə də yaxşı deyil. Lakin yaxşı nəticə əldə etmək üçün üç gün yulaf yarması ilə pəhriz saxlasanız sızanaqların necə azaldığını görəcəksiniz.

Qəhvəyi düyü

Əmiciliyi yüksək və lif qaynağı olmaqla dərilə təmasda olur, onu dərindən təmizləyir.

Qızılxallı balıq (Forel)

Yağ turşuları və onların antibakterial fəaliyyəti ilə bu balıq da sizə sınaqları məhv etməyiniz üçün lazımdır.

İstridyə

Tərkibindəki bol sink sayəsində istridyə də “yardım əli”ni sizə uzadan qidalardandır.

Boranı tumu

Boranı tumu orqanizmdəki sink çatışmazlığını bərpa edən xüsusiyyətə malikdir. Sink də sızanaqları məhv etməkdə çox vacibdir.

Tünd şokolad

Antioksidantlar dəri üçün çox faydalıdır. Bunun üçün də tünd şokolad yeməyinizdə fayda var.