Sahurda uzaq durulması lazım olan qidalar

Ramazan ayının yay mövsümündə olması insanların “oruc tutarkən nələrə diqqət etməliyik?” sualı maraq doğuran nüansların başında gəlir. Belə ki, oruc vaxtı fikir dağınıqlığı, baş, mədə ağrısı, əsəb və yorğunluq kimi mənfi hallarla qaşılaşmamaq üçün mütləq hər kəs sahura (imsaka) durmalı, bitki çaylarından dəstək almalıdır. Bəs sahurda necə qidalanmalı və hansı qidalardan uzaq durmaq lazımdır? Ramazan ayında orucunuz daha sağlıqlı olsun deyə biz sizin üçün sahurda uzaq durmalı olduğunuz qidaları araşdırdıq.

Sahurdan sonra mədə ağrısı kimi problemi yox etmək üçün bəzi qidalardan uzaq durmaq lazımdır. Bu qidaları isə belə sıralamaq olar:

1. Zeytun yağı, turşu və çərəz kimi susadan qidalar

2. Yağ baxımından zəngin salam, sucuq, sosiska kimi ətlər

3. Yağlı olmasına görə qızardılmış kartof, badımcan kimi qidalar

4. Qoğal, börək kimi yağlılığı çox olan un məmulatları

5. Şəkəri qəflətən qaldırıb salan paxlava kimi şirniyyatlar

6. Qan şəkərinin anidən oynadan və mədədə problem yaradan turşulu, şəkərli içkilər

Sahur üçün rahat və sağlam resept

1 stəkan süd və ya qatığın içinə yulaf əzməsi ya da müsli ilə birlikdə təzə meyvə, kətan toxumu, qoz əlavə edin. Yaxşıca qarışdırın və yeyin. Beləliklə, həm mədəniz çox şişəcək, həm də Ramazanda çox tez-tez rast gəlinən qəbizlik probleminiz olmayacaq. Meyvə seçimləriniz isə ərik, albalı, ananas və ya çiyələk olsa bağırsaqlarınız daha yaxşı işləyəcək.