Saçlarınıza həcm qazandırmağın yolları

Saçlarınız nazik və həcmsiz ola bilər. Amma belə saçlarınıza təbii və düzgün şəkildə qulluq etdiyiniz zaman onlara qalınlıq, həcm qazandıra bilərsiniz. Bunun üçün düzgün qulluq vasitələrini və şampunu seçmək lazımdır. Gəlin birlikdə saçlarımıza həcm qazandırmağın yollarını öyrənək və düzgün şampunu seçək.

Əsasən, saçlarımızın nazikliyi, həcmsizliyi ailəmizdən bizə genetik olaraq keçən səbəblərə bağlı ola bilir. Bəzən isə düzgün qidalanmamağın nəticəsində yaranan vitamin çatışmazlığı, günəşin altında çox qalmaq, fen və saç şəkilləndirici alətlərin istisi, tez-tez saçları boyamaq, zədələyici saça qulluq vasitələri də saçların həcmsiz olmasına gətirib çıxardır. Bu cür faktorlar eyni zamanda saç tellərini nazikləşdirməklə bərabər, saç köklərinin də zəifləməsinə səbəb olur. Belə hallarla mübarizə üçün evdə təbii yağlar və digər vasitələrlə tətbiq edəcəyiniz qulluq üsulları var.

Daha həcmli saçlar üçün evdə maskalar

Saçlarınıza həcm vermək üçün istifadə edəcəyiniz bir çox maskalar var. Yumurta maskası, xına maskası, qatıq maskası və s. Amma saçlarınızı daha gur və həcmli etmək üçün istifadə edəcəyiniz ən asan maska 2 ədəd yumurta ağını köpüklənənə qədər qarışdırıb saçlarınıza kökdən uca qədər çəkin, 30 dəqiqə gözləyib ilıq su ilə yuyun.

Təbii yağlarla qulluq

Badam, zeytun kimi yağlar saçlarınızı qidalandırır, saç tellərinizi və dərinizi günəşin zərərli təsirlərindən, qırılmalardan qoruyur. Bu yağları saçlarınıza tətbiq etmək çox asandır. Barmaq uclarınızla 10-15 dəqiqə baş dərinizi masaj edin. Nəticədə baş dərinizdə qanın fəaliyyəti yaxşılaşacaq və saçlarınızın kökləri güclənəcək. Yağın qalan hissəsini isə bütün saçlarınıza çəkib 30 dəqiqə gözləyin. Sonra isə yuyun. Yağla olan maskanı həftədə 1-2 dəfə təkrarlaya bilərsiniz.

Saça həcm verən vitaminlər

Saça qulluqda ən vacib nüanslardan biri onları düzgün vitamin və minerallarla təmin etməkdir. Xaricdən nə qədər də qulluq etsəniz düzgün qidalanmasanız bunun heç bir faydası olmayacaq. Bütün vitamin və mineralların müəyyən miqdarda saça faydası var. A və E vitamini isə saçlara daha çox faydalıdır. A vitamini saçın uzanmasını təmin edərkən, E vitamini də saç tellərinin qalınlaşmasına kömək edir, saçlara həcm qazandırır. Bu vitaminləri həb və ya qida olaraq qəbul edə bilərsiniz.

Saça həcm verən şampunlar

Müxtəlif markaların cürbəcür həcmverici şampun və digər vasitələri var. Amma saçlarınızı kimyəvi təsirlərdən qoruyaraq daha keyfiyyətli təmizləyici məhsulları seçmək lazımdır. Bunun üçün sizə yenə də KayPro seriyasının təmizləyici vasitələrini məsləhət görürük. Bu dəfə nazik, tonussuz saçlara həcm vermək üçün Volume məhsulları seçimimizdir.

Volume – Saçlara həyat gücü bəxş edir, onların daha sıx və həcmli olması üçün bütöv proqramdır.

Volume nazik, tonussuz saçlara həcm verən şampun – Tərkibində olan soya zülalı və pantenol vasitəsi ilə saçları ağırlaşdırmadan onlara həcm verir. Həcm verməklə yanaşı saçları canlandırır və parlaqlıq bəxş edir. Nazik saçlarınız tez bir zamanda gurlaşır. Şampunu yaş saçlarınıza masaj hərəkətlərilə 2 dəfə tətbiq edin və ilıq su ilə yuyun.

Volume nazik, tonussuz saçlara həcm verən kondisioner – Soya və pantenol formulası ilə effektiv olaraq nazik saçların dolaşığını açır, ağırlaşdırmır. Nazik saçlara yüngüllük, sıxlıq, həcm, parlaqlıq və canlılıq verir. Kondisioner şampun istifadə etdikdən sonra saçın dibindən ucuna qədər tətbiq olunur və daraq vasitəsilə bərabər şəkildə yayılır. Saçda 2-3 dəq qaldıqdan sonra bol ilıq su ilə yuyulur.

Məhsulu əldə etmək üçün KeproShop-a müraciət edə bilərsiniz.