Saçlarınıza evdə keratin qulluğu

Saçlarımızda, dırnaqlarımızda, dişlərimizdə və dərimizdə keratin var. Amma bəzi səbəblərə görə saçlarımızda olan keratin azala bilir. Həddən artıq isti və çox təsirə məruz qalmış saçlarda zədələnmələr yaranır. Nəticədə isə saçlarda kövrəkliklər, bir-birinə dolaşmalar olur. Buruq saçlar dalğasını itirir və yenə də, qulluğa ehtiyac olur. Bütün bu problemləri aradan qaldırmaq üçün keratinlə qulluq daha yaxşı çıxış yoludur. Düşünməyin ki, keratinlə qulluq etmək üçün ancaq salona getmək, pul xərcləmək lazımdır. Xeyr, bu belə deyil! Məhsullarınızı alıb evdə də saçlarınıza keratin qulluğunu rahatlıqla edə bilərsiniz. Bu dəfə gözəllik yazarımız sizə keratinlə evdə saçlarınıza salonlardakı kimi peşəkar qulluq edəcəyiniz üsullardan yazır.

Keratin qulluğu nə deməkdir?

Keratinli qulluq gur, parlaq, güclü saçlara sahib olmaq ya da zədələnmiş saçları bərpa etmək üçün əla seçimdir. Xüsusilə də, kimyəvi və isti təsirlərə məruz qalmış, quru saçların ehtiyacı olan bir qulluq vasitəsidir. Keratin qulluq üsulu bütün növ saçlar üçün uyğundur. 

Bəs evdə keratinlə saçlara necə qulluq etmək lazımdır?

Evdə keratinlə saçlara qulluq etmək üçün yazarımız bu dəfə KayPro seriyasından Keratin qulluq məhsulunu seçib. 

Keratin – tərkibindəki zülallar sayəsində saçları dərindən qidalandırır, nəmləndirir və bərpa edir.

Əvvəlcə keratin tərkibli şampun ilə saçlarınızı yuyun. Keratin kimyəvi təsirə məruz qalmış və zədələnmiş saçlar üçün bərpaedici şampun saçları dərindən bərpa edir. Saçlar kimyəvi təsirə məruz qaldıqda və ya zədələndikdə saçda olan keratin miqdarı azalır və saçlar qopmağa meyilli olur. Keratin şampunu saçları dərindən bərpa etdiyi kimi, həm də, nəmləndirir, canlandırır və parlaqlıq verir. Müalicəvi təsirə malikdir. Yağlı saçlara istifadə olunması məsləhət deyil. Bu şampunu istifadə edərkən yaş saçlarınıza 2 dəfə tətbiq edin, sonra isə ilıq su ilə yuyun.

Şampunla saçlarınızı yuduqdan sonra Keratin kimyəvi təsirə məruz qalmış və zədələnmiş saçlar üçün bərpaedici maskan-ı diblərdən saçların ucuna qədər masaj hərəkətlərilə tətbiq edin, sonra taxta daraqla darayın. 5-10 dəqiqə saxladıqdan sonra ilıq su ilə durulayın və hətta yenidən 1 dəfə şampun istifadə edə bilərsiniz. 

Saçlarınızı yuduqdan sonra dəsmal yardımı ilə saçlarınızı bir az qurudun. Amma diqqət edin ki, saçlarınız qırılmasın. Sonra Keratin restruktiv sprey-süd məhsulunu saçlarınıza tətbiq edin. Bu məhsul nəm saçlara tətbiq edilir, 5 dəqiqə saxlanılıb yuyulmalıdır. Keratin tərkibi ilə bu sprey-süd saçlarınıza liftinq effekti verəcək. Kimyəvi təsirə məruz qalmış saçlarınızı bərpa edir və yumşaldır, eyni zamanda da restruktiv qayğı göstərir.

Bütün bu prosesləri sonlandırmaq üçün Keratin kimyəvi təsirə məruz qalmış və zədələnmiş, haçalanan ucları bərpa edən krem-dən istifadə edin. Bu krem nəm və ya quru saçlara tətbiq edilir. İstifadədən sonra yuyulması mütləq deyil. Kremi mütəmadi istifadə etsəniz saçqıranlarınız aradan qalxacaq, saç uclarınız nəmlənəcək, daha gur və parlaq saçlara sahib olacaqsınız. 

Sizin də saçlarınızda qeyd etdiyimiz problemlər varsa və ən əsası saçınızın keratin balansını bərpa etmək istəyirsinizsə o zaman gözəllik yazarımızın məsləhət gördüyü bu məhsulları əldə edə bilərsiniz. Bu məhsulu əldə etmək üçün KeproShop İtaliya brendlərinin olduğu mağazaya getməyiniz yetərlidir.