Rüstəm Cəbrayılov: "Kişi qadının yanında mənəvi rahatlıq tapmalıdır."

Qadınlara “Kişi Gözü” ilə baxan növbəti qonağımız bir çox xanımların sevimlisi, 2005-ci ildən etibarən model kimi fəaliyyət göstərən dünyaca məşhur modelimiz Rüstəm Cəbrayılov oldu. Gəlin Rüstəmin gözü ilə qadınlara baxaq və görək onun qadınlarla bağlı düşüncələri necədir...

- Foxy xanımlarına özünüzü təqdim edin.

Rüstəm Cəbrayılov. Sadəcə Rüstəm Cəbrayılov.

- Rüstəmin qadınlarla arası necədir?

Rüstəmin qadınlarla arası yaxşıdır.(gülür)  Amma çəkinirəm. Bir az qorxuram. Bilirəm ki, qadınlar həqiqətən güclü varlıqlardır.

- Rüstəmə görə mükəmməl qadın:

Bilmirəm amma… Bildiyim qədərilə mükəmməl insan yoxdur.

- Bir qadında Rüstəmi həyəcanlandıran xüsusiyyətlər:

Həyəcanlandıran deyə bilmərəm. Amma qadında ən çox diqqət etdiyim onun oturuşu, duruşu, baxışı və danışığıdır. Bunlara çox önəm verirəm.

- Qadınlarda sizi qəzəbləndirən nədir bəs?

Ümumiyyətlə, insanlarda məni qəzəbləndirən heç nə yoxdur. Ancaq çox danışan və hər hansı bir hadisəni təkrar – təkrar müzakirə edən qadından xoşum gəlmir.

- Gözəl yoxsa ağıllı qadın:

Ağıllı qadın gözəl olmaya da bilir?! Mənim seçimim isə ağıllı qadındır.

- Ukraynalı sarışın yoxsa azərbaycanlı əsmər xanım?

Mən gözəlliyə fikir verənlərdən deyiləm. Əsas olan bir-birini başa düşmək, uyğunlaşmaq və onun hər hansı xasiyyətinin səni özünə cəlb eləməsidir. Gələcəkdə münasibət quracağım xanım əsmər, sarışın və ya model olsun deyə prinsipim yoxdur.

- Onu bağışlamaq olarmı?

Niyə olmur?!

- Heç rədd edilmisiniz? Necə hissdir rədd edilmək?

Olur əlbəttə. Rədd edilmək olmasa digərlərinin qədrini bilmək olmaz.

- Bir qadına aldığınız ən bahalı hədiyyə

Hədiyyə almağı xoşlamıram. Ümumiyyətlə, xanımlar hədiyyə almağıma imkan vermirlər. “Özün gəl kifayətdir” deyirlər. Ancaq hədiyyə alsaydım seçimim güldan yana olardı. 

- Gizli məkanlarınız haradır?

Gün ərzində 5-6 görüşüm olur. Görüşlərim də fərqli məkanlarda baş tutur. Belə sevdiyim və daha çox vaxt keçirdiyim məkanlar - Meetpolitan, ZClub-dır.

- Kişilər münasibətdən nə gözləyirlər?

Qadın həqiqətən də kişinin həyatında böyük rol oynayır. Kişi qadının yanında mənəvi rahatlıq tapmalıdır. Ona enerji verib sabahkı günə hazırlamalıdır. Qadından kişinin ən çox gözlədiyi də elə məhz budur.

- Münasibətdə Rüstəmə görə seks neçənci yerdədir?

Axırıncı deyərdim ki…

- Qadınları kəşf etmək üçün neçə qadın kifayətdir?

Hər insanın özünə məxsus xüsusiyyəti var. Mən inanmıram ki, bir qadınla münasibətdə olub ümumi qadınlar haqqında danışmaq olar.

- Zərif yoxsa güclü xanım:

Mən zərif xoşlayıram (gülür)

- Qırmızı pomada, mini ətək və eynək: bunlar səndə nə assosiyasıya edir?

Heç bir şey ifadə etmir.

- Qarderobunuzun əsasını nə təşkil edir?

Ümumiyyətlə, geyimlə, alış-verişlə aram yoxdur. Geyimlərimi əsasən çəkilişlərdə hədiyyə edirlər. Daha çox üzüklərdən xoşum gəlir. İdman stilinə üstünlük verirəm. Özümü rahat hiss elədiyim geyimləri sevirəm. Amerikaya getməmişdən öncə isə daha çox kostyum geyinirdim. Ora gedəndən sonra başa düşdüm ki, geyimdə rahatlıq önəmlidir.

- Foxy oxuyucularına son sözünüz

Həmişə sizi izləsinlər. Qeyri-adiliyinə görə… Özlərindən muğayat olsunlar. Kişilərə çox inanmasınlar.

 

Çəkilişdə göstərdiyi köməyə görə Meetpolitan restoranının kollektivinə öz təşəkkürümüzü bildiririk.