Ramazanda qidalanmaq üçün məsləhətlər

Ramazan ayı artıq başlayıb. İsti və uzun yay günlərində oruc tutarkən çəki almaq, həzm problemləri, yüksək təzyiq və ürək ağrıları kimi problemlərlə qarışlaşmamaq üçün diqqətli olmaq lazımdır. Çünki oruc olduğumuz zaman qidalanma vərdişlərimiz tamamilə dəyişir. Orqanizmimizin də bu dəyişikliyə uyğunlaşması üçün mütəxəssislərin məsləhətlərinə əməl etmək lazımdır. Əks halda, yuxarıda qeyd etdiyimiz problemlərlə qarşılaşacaqsınız.

Qidalanmada edəcəyiniz sadə dəyişikliklərlə daha sağlıqlı ramazan keçirdə bilərsiniz. Bunun üçün sizə qidalanmazıla bağlı bəzi məsləhətlər veririk.

Sahura mütləq qalxın

Sahura qalxdığınızda yuxunuzun bölünməsindən şikayət edirsinizsə axşam 1 saat əvvəl yatın. Çünki sahura qalxmadığınız zaman gün ərzində sağlamlıqla bağlı daha çox problem yaşanar, ac qalma müddəti artar, maddələr mübadiləsinin sürəti azalar, halsızlıq, baş ağrısı, yorğunluq və diqqətsizlik baş verər. Uzun müddət ac qaldıqdan sonra iftarda həddən artıq çox qidalanmaq və gün ərzində qan şəkərinin düşməsinin qarşısını almaq üçün sahurda həzmi yavaş, qida dəyəri yüksək olan qidalar qəbul edin.

İftarla sahur arasına 2 ara nahar əlavə edin

Normal vaxtda 5 və ya 6 nahar sayını ramazanda sahur və iftardan ibarət 2 əsas naharla balanslaşdırırıq. İftardan yatana qədərki zaman kəsiyinə 2 ara nahar əlavə edin. Beləliklə, baş verə biləcək neqativ halları və maddələr mübadiləsinin sürətinin azalmamasını aradan qaldırmış olacaqsınız.

Çoxlu qatıq yeyin, ayran için

Orucunuzu su və xurma ilə açdıqdan sonra şorba, salat kimi xəfif qidalarla iftara davam edin. Əsas yeməyə keçməzdən əvvəl 5-15 dəqiqə ara verin, mədəniz rahatlansın. Bu, daha az yemək yeməyinizə səbəb olacaq. Fasilədən sonra əsas yeməkdə ətli və ya ətsiz tərəvəzli yeməklə az miqdarda düyü ya da ki, bulqur plovu yeyə bilərsiniz. Bu qidaların yanında isə həm kalsium, həm zülal baxımından zəngin olan qatıq ya da ki, ayran qəbul edin.

İftar və sahur arasında 10 stəkan su için

Ramazan ayı bu il də isti günlərə təsadüf etdiyindən çoxlu itiririk və bu su itkisini bərpa etmək də vacibdir. Bunun üçün iftardan sahura qədər ən 8-10 stəkan su qəbul etməyiniz məsləhətlidir. Çay və qəhvə kimi içkilərlə su ehtiyacınızın qarşılanmadığını da unutmayın.

Şirniyyatı yeməkdən 1-2 saat sonra qəbul edin

Yeməkdən 1-2 saat sonra şirniyyat yemək olar. Amma seçdiyiniz şirniyyat çalışın şərbətli xəmir və qızarmış olmasın. Xüsusilə, mövsümi meyvələrdən hazırlanan şirniyyatlar, südlü şirniyyatlar ya da ki, dondurma həm yüngül, həm də faydalı seçim ola bilər.

Yağlı və duzlu qidalardan uzaq durun

İftar və sahur arasındakı müddətdə qidalanmanıza diqqət etməyiniz oruc olduğunuz müddəti daha rahat keçirməyinizə şərait yaradır. Buna görə də, çalışın yağlı və duzlu qidalardan uzaq durun. Çünki bu qidalar susamağınıza, su qəbul edə bilməməniz isə yüksək təzyiq kimi sağlamlıq probleminin yaranmasına səbəb olur.