Rahatlığın ünvanı – 70 AZN-ə qədər olan 10 ən yaxşı Espadrillər

Espadrillər hər il olduğu kimi, bu il də yaz/yay mövsümlərinin “ən”ləri arasında olmağa davam edir. Gündəlik həyatımızın rahat keçməsinə səbəb olan espadrillər yüz illər boyu dəb aləmində öz yerini qoruyub saxlayır. 

İldən-ilə espadrillərin istehsalında kətanla bərabər başqa növ parçalardan da istifadə olunur. Dəri, krujevalı, printli parçalardan tikilmiş espadrillər daha müasir görünür. Bununla bərabər unutmayaq ki, hər nə qədər müxtəlif parçalardan hazırlansalar da, espadrillər həmişə öz təbii görünüşü qoruyub saxlayır. Buna görə də, espadrilləri dəstləşdirəndə geyimlərin daha çox pambıq, kətan parçadan olmağına diqqət edin. İstər düz, istərsə də dabanlı espadrilləri düz donlar, günəş ətəklər, köynək donlar, cins şalvar, şort və köynəklərlə dəstləşdirərək həm gündəlik həyatınızda, həm ofisdə, həm dəniz kənarında gününüzü rahat keçirə, eyni zamanda şıq görüntüyə sahib ola bilərsiniz.

Bu dəfə “Alış-veriş” rəhbərində yayın isti günlərində həm dəbli, həm də rahat görünməyiniz üçün işinizi asanlaşdıraraq şəhərimizin mağazalarında 70 AZN-ə qədər olan 10 ən yaxşı espadrilləri seçib, sizə təqdim edirik.

1. Bershka bağları olan espadrillər – 49 AZN

2. Mango metal detalları olan espadrillər – 45.90 AZN

3. Pull&Bear iki çalarlı lentli espadrillər – 69 AZN

4. Zara bağları olan espadrillər – 69 AZN

5. Zara metal rəngli dəri espadrillər – 69 AZN

6. Stradivarius çarpaz kəmərli krujevalı espadrillər – 49 AZN

7. Pull&Bear dənizçi detalları espadrillər – 59 AZN

8. Mango xəttli espadrillər – 45.90AZN

9. Bershka qara lentli espadrillər – 59 AZN

10. Stradivarius sarı bağları olan espadrillər – 49 AZN