Pəhrizsiz pəhriz: arıqlamaq üçün əsas şərt yeməkləri bölməkdir

Yeməkləri bölərək yemək – ac qalmadan, stressiz və həyatınızda heç bir dəyişiklik etmədən arıqlamaq üçün ən mükəmməl üsuldur. Pəhrizsiz pəhriz nə deməkdir, necə olur bu haqda sizin üçün araşdırma apardıq.

Nə vaxt və nə qədər yemək lazımdır?

Yeməkləri hissələrə bölüb gündə 5-6 dəfə qidalanmaq lazımdır. Belə qidalanma tərzində insan aclıq hissi keçirtmir, əksinə, artıq qidalanma daha çox kalori verir. Yemək aralarında su içilməsi məsləhətlidir. Gün ərzində ən az 2 litrə yaxın maye qəbul edilməlidir.

Üstünlüyü nələrdir?

Yeməklərin belə bölünərək yeyilməsi həm az kalori, həm də balanslaşdırılmış qidalanmadır. Maddələr mübadiləsini sürətləndirir və tez arıqlağama kömək edir. Dietoloqların məsləhətinə görə, yeməklərin hissələrə bölünərək qidalanması zamanı bir həftədə 0.5 kq-dan 1 kq-a qədər arıqlamaq normaldır. 

Rasionunuzdan bunları silin: “fast food”, ağ çörək və şirniyyat, kərə yağı, konservləşdirilmiş qidalar, rahat qidalar (ayaqüstü yeyilən, marketlərdə hazır paket şəklində satılan qidalar), qazlı içkilər, şəkər (fruktoza və bal ilə əvəz edilə bilər).

Menyunuza bu qidaları əlavə edin: tərəvəz və meyvə salatları, buxarda hazırlanmış tərəvəz və  ispanaq, yağsız ət və balıq, krem şorba, qatıq, yumurta, aşağı yağlı pendir, smuzilər, paxlalı qidalar və dənli bitkilər, təzə meyvə şirələri, aşağı yağlı süd məhsulları, bal, quru meyvələr, müəyyən müddətdə qoz-fındıq, kəpəkli çörək, yüngül souslarla spaqetti, kartof və desertlər.

Hərəkət - Həyat

Hətta davamlı idmanla məşğul olmayan birisinizsə həyatınıza hərəkət qatın, gəzintiyə çıxın, qaçın. Bunlar sizə yaxşı təsir edəcək. Həm də qaçışa çıxarkən nə qədər müddət, neçə kilometr qaçmağınızı da müəyyən edə bilərsiniz. Bunu siz samartfon, Iphone kimi telefonlardakı xüsusi proqramlarla hesablaya bilərsiniz. Hətta neçə kalori itirdiyinizi belə öyrənə bilərsiniz.

Faydalı resept

Qurudulmuş meyvələrlə vanilli bulqur sıyığı ( 2 porsiya)

Ərzaqlar

Bulqur – 100 qram

İnək və soya südü – 300 qram

Vanil

Dad qatmaq üçün  darçın

Qurudulmuş ərik – 2 ədəd

Qurudulmuş gavalı – 2 ədəd

Bal – 2 ç.q.

Nanə

Duz – 1 çimdik

Hazırlanması

Bulquru süddə 10 dəqiqə bişirirsiniz. Vanil, duz, bal, doğranmış quru meyvə əlavə edilir sıyığa və  5 dəqiqə bişirilir. Bişdikdən sonra boşqaba çəkib, nanə yarpağı və darçınla bəzəyirsiniz.