"Oskar 2016" - Qırmızı Xalçada kimlər necə diqqəti çəkdi?!

Amerika və dünya kinematoqrafiyasının ən yüksək və nüfuzlu tədbiri, 2016-cı ildə də 88-ci buraxılışı baş tutdu. Yenə gözlərimizi qırmızı xalçaya yönəltdik, hər zamakı kimi, bir-birinin ardınca möhtəşəm geyimlərdə çıxdılar qarşımıza məşhurlar, axı, hər biri qırmızı xalçada yaddaşlarda qalmaq istəyirdi. Çox vaxt itirmədən həmən, görünüşlərə keçək. Belə ki, bu il diqqət çəkici məqamlar və geyimlər çox oldu:

Rooney Mara

30 yaşlı Amerikalı aktrisa Rooney. Qırmızı xalçadakı geyim seçimi Givenchy Haute Couture yəni xüsusi dizayn əl işidir. Ağ geyimi ilə qap-qara saçları və tünd qırmızı dodaq boyası çox gözəl seçimdir deyə bilərik. Geyim bədən formasına uyğundur, həmçinin əl işi olduğu üçün üzərindəki əl işləmələri ayrıca incəlik verir. Qırmızı xalçada diqqətdə olan görünüş olduğunu qeyd edə bilərik.

Kate Winslet

Gəncliyində baş rolda oynadığı "Titanic" filmi ilə hər kəsin yaddaşlarında yer alan Kate. Təəssüf ki, hər zaman olduğu kimi bu dəfə də qırmızı xalçada göz qamaşdırdı deyə bilmədik. Niyə mi, hər zaman olduğu kimi dedik? - Çünki, çox vaxt bədənini tanımadan geyinir və ya geyindirirlər, həmçinin yaşına uyğun olmayan dizaynlar, keçmişdə qalmış detalların uğursuz istifadəsi və s. daha da saya bilərik. Ralph Lauren brendi tərəfindən dizayn olunan bu geyim də onun bədən formasının geyimi deyil və onu olduğundan kiçik boylu, enli göstərib, bunda parıltının da rolu böyükdür. Nə deyək?! Bu gözəllik buna layiq olmalı deyil.....

Brie Larson

Qaliblərdən biri, Brie Larson. Ən yaxşı baş rol aktrisası Oskar mükafatına layiq görüldü. Gucci brendi dizaynlı geyimi ilə gözləri öz üzərinə çəkdi. Əsasən də geyimin rəng seçimi çox uğurludur, həm özünün dəri rənginə görə, həm də təbii ki, üzərindəki rəngin qırmızı xalça ilə möhtəşəm uyumuna görə. Geyimdə istifadə olunan dalğaların bu il dəbdə olduğu haqqında isə "2016 yaz-yay sezonun 12 trendi" adlı yazımızda bəhs etmişdik, görünür dizaynerlər dəbdən də yan keçməyiblər geyimin dizaynı zamanı.

Cate Blachett

Məşhur aktrisa Cate hər zaman özü kimi, zərif tərzi ilə tanınır. Elə bu dəfə də yenə öz zərafətini göstərdi. Hətta sanki, geyimin rəngində də zərafət var. Geyimi Armani, aksessuarları isə Tiffany&Co brendinə məxsusdur. Üzərindəki güllərin bir az kilo əlavə etdiyini desək yanılmarıq ki, bu da təbiidir. Ümumi olaraq geyim Cate üçün mükəmməl bir seçim olub.

Alicia Vikander

Və daha bir Oskar mükafatçısı Alicia. 27 yaşlı gənc rəqqas həmçinin aktrisadır. Qırmızı xalçadakı görünüşü nağıllar aləmindən qaçıb gələn kiçik bir qızı xatırlatdı bizə. Bu geyim ( Louis Vuitton), saç və makiyajla yaşından daha gənc göründüyü də inkar edilməz bir gerçəkdir. Görünüşünün tək mənfi cəhəti geyimin sinə forması və uzunluğu səbəbi ilə əlaqədar boyunun (1.66 sm.) olduğundan kiçik görünməsidir.

Lady Gaga

Hər zaman etdiyi fərqliliklər, dəli cəsarəti ilə fərqlənən Gaga`nın seçimi bu dəfə sadəlikdən yana oldu, ancaq, fərqli də olduğunu demək olar. Bədən formasına çox uyğun zərif, fərqli, modern və klassik tərzlərin qarışdığı bir dizaynda geyimdir. Geyim Brandon Maxwell brendi tərəfindən, görünüşə görə böyük ustalıqla hazırlanıb. Saçı da görünüşü ilə çox uyğundur. Beləliklə, Gaga xeyli bəyənildi.

Olivia Wilde

31 yaşlı, Amerikalı gözəl aktrisa Olivia. Qırmızı xalçadaki geyim seçimi Valentino Haute Couture- dan, ağ, uçuşan materialda bir geyimdən yana oldu. Ağ rəngin qırmızı xalçada necə diqqət çəkdiyini və gözəl göründüyünü isə deməyə ehtiyac yoxdur hər halda. Adətən geyimdə həm arxa, həm ön dekoltenin artıq olduğunu deyirlər, ancaq, bu geyimin ağ rəng həmçinin çox sadə olması səbəbi ilə gözü yormur. Saç və makiyaj isə olduqca sadədir. Olivia`ın bu görünüşü sanki, mələyi xatırladır....

Heidi Klum

41 yaşlı, Almaniyalı supermodel, aktrisa eyni zamanda aparıcı. Heidi`in seçimi isə Marchesa brendindən yana oldu. Bahar əhval-ruhiyyəsi verən açıq yasəmən rəng tonlarından və yenə uçuşan  bir geyim. Hər şey öz yerində sadə olaraq sevdikmi ? - Sevdik!

 

Tədbirdə xüsusilə göz qamaşadıran cütlüklər də var idi ki, ayrı-ayrı görmək heç istəmərik. 

John Legend və Chrissy Teigen

Chrissy Teigan tezliklə ana olacaq olan modellərdən biridir, həyat yoldaşı musiqiçi John Legend ilə çox yaraşdıqlarını da qeyd etmədən keçə bilmərik. Chrissy`in seçimi Marchesa brendindən yana oldu və biz bu geyimə heyran olduq. Üzərindəki işləmələr, rəng tək kəlimə ilə möhtəşəm. Saç düzümü də çox yaraşıb. Bu gözəl rəsmə isə ancaq sağlam və dünyalar gözəli bir övlad arzulaya bilərik.

Kevin Hart və Eniko Parrish

Məşhur Amerikalı komediyaçı Kevin, sevgilisi ilə birlikdə tam bir uyğunluq təşkil edirlər desək yanılmarıq. Başdan ayağa seçimləri qara rəngdən yana olub. Beləliklə onlar da qırmızı xalçada yaxşı mənada göz alan cütlüklərdən oldular.

Bryan Cranston və Robin Dearden

27 ildir ki, evli olan cütlük. Digər cütlüklər kimi çox yaraşırlar bir-birlərinə və bir-birlərini çox gözəl tamamlayıblar. 62 yaşlı aktrisa Robin Dearden`in geyim seçimi mükəmməldir tam yaşına uyğun saç, aksessuarlar hər şey qədərində. Eyni ilə həyat yoldaşı Bryan`ın da uğurlu, yaşına uyğun kostyum seçib. Hələ də əl - ələ tutuşlarına bir baxın, cütlük dediyin belə olar dedirdirlər...

Güllü