Mirvari dəbi - 2016 Yaz-Yay

Zaman keçsə də, heç vaxt dəbdən düşməyən geyimlər, bəzək əşyaları var. Bunlar arasında klassik geyimin ayrılmaz parçalarından biri olan mirvarinin özünəməxsus yeri var. Son zamanlar istər podiumlarda, istərsə də, küçə dəbində qarşımıza çıxan mirvarili dizayn məhsulları 2016 Yaz-Yay mövsümünün trendləri arasındadır. Bununla belə mirvari 2016-2017 Payız-Qış mövsümlərinin “must have”ləri arasında da olacaq. Biz sizə istər küçə, istərsə də ziyafət geyimlərinizdə rahatlıqla istifadə edəcəyiniz mirvari dəbindən yazırıq və bir neçə detalda təqdim edirik.

Mirvari sırğa və boyunbağılar çox dəbdədir. Lakin ən çox çantaların və ayaqqabıların mirvarilə bəzədilməsi daha çox diqqəti çəkir və tamam fərqli görüntü yaradır. İndi isə hazırda tam qarışıq müasir dəb aləmində öz yerini tutan, eyni zamanda heç vaxt dəbdən düşməyən mirvari trendini sizinlə paylaşırıq.

Aydan