Maddələr mübadiləsini sürətləndirərək çəki itirməyin 3 əsas yolu

Maddələr mübadiləsi loru dillə desək, bədən və beynin ehtiyac duyduğu qida enerjisidir. Bu proseslərdən biri qaydasında getdiyi zaman, digər problem yarada bilir, nətəcidə də qaraciyərdə yağların həll olması prosesi zəifləyir, piylənmə yaranır. Buna görə də, bədən daha çox kalori sərf etsin deyə, siz maddələr mübadiləsinin sürətləndirilməsi üçün işlər görməlisiniz. Biz sizə maddələr mübadiləsini sürətləndirmək üçün 3 əsas vasitəni təqdim edirik. Düzgün pəhriz və fiziki fəaliyyəti vərdişləri ilə birlikdə təqdim etdiyimiz bu vasitələr sizə artıq çəkidən asanlıqla azad olmaqda yardımçı olacaq.

Tövsiyə 1 – İçin

Su və təbii meyvə şirələri

Hər şeydən əvvəl, mümkün olduğu qədər çox su için. Yeməkdən 30 dəqiqə əvvəl su için, yeməkdən sonra 1 saat boyunca isə qətiyyən maye qəbul etməyin. Bu, bədənin normal fəaliyyəti üçün zəruri su balansını saxlamağa kömək edir. Yox, əgər deyirsinizsə gün ərzində 2 stəkandan artıq su içməyə çətinlik çəkirəm o zaman başqa çıxış yolları da var. Təzə sıxılmış meyvə-tərəvəz şirələri də maddələr mübadiləsini sürətləndirir. 

Yaşıl çay – hər gün təzə dəmlənmiş yaşıl çay içmək sürətli maddələr mübadiləsi deməkdir. Amma onun faydası təkcə bununla bitmir. Yaşıl çay katexin antioksidantları ilə çox zəngindir. Əgər siz gündəlik fiziki məşqi unutsanız yaşıl çay aldığınız kalorini tez müddətdə itirməyə sizə kömək edəcək. Şüşədəki çaylardan isə uzaq durmaq lazımdır. Belə çaylar daha az qidalandırıcı maddə, daha çox konservant və şəkər deməkdir.

Ulun – Bu çay Çin dəyərləndirilməsində yaşıl və “qırmızı” arasında yarı qıcqırdılmış çaydır. Ulun çay hər fincanı ilə maddələr mübadiləsinə güclü təkan verir. Tərkibindəki polifenollar yağ fermentlərinin yaranmasının qarşısını alır. Eyni zamanda da ulunun tərkibində qara çay və kofedən daha az kofein var. Buna görə də, daha az kofein qəbulu üçün gündəlik rasionunuza bu çayı əlavə edə bilərsiniz. 

Adaçayı çayı – Səhər yeməyində adaçayı yarpaqlarından dəmlənmiş çay için. Bu, gün ərzində maddələr mübadiləsinin ritmini optimal səviyyədə saxlayacaq. Çünki adaçayı orqanizmi şəkərdən təmizləyərək həzmə kömək edir. 

Buzlu su – Soyuq içkilər, məsələn, soyuq yaşıl çay və ya buzlu su bədən istiliyini bərpa etmək üçün orqanizmin fəal işləməsinə şərait yaradır. Nəticədə, isə siz əlavə kalori yandırırsımız. 8 stəakan buzlu su 70 kalori itirmək deməkdir. 

Tövsiyə 2 – Rasionunuza ədviyyatlar və qıcqırdılmış qidalar əlavə edin

Bəzi ədviyyatların missiyası yeməyə sadəcə dad vermək deyil, həm də, maddələr mübadiləsinin işini də sürətləndirməkdir. 

Duza qoyulmuş kələm – Duzlu kələm kimi bir çox qıcqırdılmış qidalar zəngin probiyotiklərdir. Bu faydalı bakteriyalar qadınlara artıq çəkilə mübarizədə köməkçi olur. Amma kişi orqanizmi üçün probiyotiklərin heç bir təsiri yoxdur. 

Qara istiot – Bu ədviyyat tərkibindəki alkaloid piperin sayəsində maddələr mübadiləsini “itələyir”.

Zəncəfil –  Zəncəfil kökünü yeməklərdə, çay və digər içkilərdə istifadə etmək olar. Maddələr mübadiləsini inanılmaz dərəcədə sürətləndirir. 

Tövsiyə 3 – Üç vərdişlə silahlanın

Hərəkət edin –  Hər gün hərəkət edin, piyada gəzin. İşə gedərkən uzaq yol getmirsinizsə piyada gedin. Mümkün olduğu qədər maşın, avtobus, taksi, metro kimi minik vasitələrindən uzaq durun. Əsas ağırlığı ayaqlarınıza verin. Belə etdikdə gün ərzində 350 kalori itirə bilərsiniz. Misal üçün, 80 kq çəkidə olan bir insan oturaq həyat keçirdərək gün ərzində 72 kalori itirə bilirsə, bu, dinamik həyat tərzində 129 kalori ola bilir. 

Özünüzü aclıqla cəzalandırmayın – Əgər sizə yemək aralarında ac qalmaq çətindirsə bu zaman az kalorili meyvə-tərəvəz, qoz, badam yeyin.

Yavaş-yavaş yeyin – Sürətli yemək çəki artırmağa gətirib çıxardır. Əslində beynimizə təxminən 20 dəqiqə lazımdır ki, doymaq haqqında siqnal alsın. Həm də, sürətli yemək bədəndə insulinin də miqdarını artırır.