Kəpəkdən birdəfəlik yaxa qurtarmağın yolları

Gəzməyə, işə getdiyinizdə, evə gəldiyinizdə davamlı olaraq çiyinlərinizdə və saç aralarınızda kəpək görməkdən yəqin ki, bezmisiniz. Bəs bu zəhlətökən haldan birdəfəlik yaxa qurtarmaq necə, yoxlamısınız? Əgər məğlub olmusunuzsa bu dəfə sizə təqdim etdiyimiz mübarizə üsulları ilə kəpəyə qalib gələcəksiniz.

Kəpək niyə əmələ gəlir?

Kəpək, xüsusilə, saçlarını ya az, ya da ki, tez-tez yuyan insanlarda rast gəlinir. Çünki saçlarını az yuyan insanların baş dəriləri az yağlı, çox yuyanlarda isə daha çox yağlı olur. Buna görə də, kəpəyin qarşısını almaq üçün ilk addım məhz baş dərisində yağ balansını qaydaya salmaqdır. Əks halda kəpəkdən yaxa qurtara bilməyəcəksiniz. Digər tərəfdən saçlara çəkilən jele, mus, saç spreyləri də baş dərisində kəpək yaradır. Bunun səbəbi isə belə məhsulların tərkibində kimyəvi maddələrin həddən artıq çox olmasıdır. Onlar baş dərisindəki məsamələri bağlayır və nəticədə kəpək yaranır. Quru dəriyə sahib olmağınızın da kəpəyin əmələ gəlməsində böyük rolu var. Belə olduqda kəpək xırda yox, pul-pul tökülür. Kəpəyin əmələ gəlməsində stressin, az su qəbul etməyin  də payı var. 

Kəpəyə qarşı mətbəxdəki məhsullarla həll

Kəpəyin yaranma səbəblərini bildikdən sonra onu yox etmək üçün düzgün həll yolları axtarmaq lazımdır. Təbii ki, ən yaxşı və faydalı həll yollarından biri təbii, mətbəxdəki, əlimizin altında olan məhsullarla müalicədir. Bunun üçün bir neçə üsulu yoxlaya bilərsiniz:

1. Saçlarınızı yuduqdan sonra alma sirkəsi ilə saçlarınızı masaj edin. Amma diqqət edin ki, sirkə başınızda 5 dəqiqə qalsın, daha sonra ilıq su ilə yaxalayın. 

2. Duşa girməmişdən əvvəl saçlarınızı isladın, bir stəkana bir az sirkə və bir az da limon suyu əlavə edib 4-5 dəqiqə masaj edin. Sonra saçlarınızı yuya bilərsiniz.

3. Saçlarınız quru halda olarkən onların dibini duzla masaj edin. Daha sonra isə şampunlayın.

Kəpəyə qarşı düzgün şampun seçimi

Təbii ki, kəpəyi yox etməkdə bitkilərin də rolu olduğu kimi, düzgün seçilmiş şampunların da böyük rolu var. Bunun üçün sizə evdə peşəkar təsirə malik KayPro seriyasının kəpəyə qarşı şampunu ANTIFORFORA-nı tövsiyə edirik.

ANTIFORFORA – kəpəyə qarşı effektiv şampundur. Portağal və limon ekstraktlıdır. Təmizləyici təsir göstərir və baş dibinin təbii yağlanmasını qaydaya salır. Həssas və yağlı saçlara sahib olanlar da istifadə edə bilərlər. 

Əgər sizin də kəpəklə bağlı probleminiz varsa ondan yaxa qurtarmaq üçün yolunuzu KeproShop-dan sala və bu şampunu əldə edə bilərsiniz.