İftar menyusu – 24-cü gün

Gözəl Ramazan günündə “Qurman” ləziz dadlardan ibarət iftar menyusu ideyasını sizinlə paylaşır.

Balva

İçindəkilər

Qatıq – 500 qr

Dana əti – 200 qr

Yumurta – 2 ədəd

Kök – 2 ədəd

Kartof – 2 ədəd

Xiyar – 1 ədəd

Təzə sarımsaq – 1 ədəd

Nanə, şüyüd, keşniş

Qırmızı soğan (kiçik) – 1 ədəd

Su – 1 st

Duz, istiot – zövqə görə

Hazırlanması

Dana əti bişirilir. Yumurta, kök, kartof suda qaynadılır. Qatıq su ilə çırpılır, üzərinə kırda kub formasına doğranmış kartof, kök, yumurta ağı, xiyar, soğan, dana əti, xırdalanmış sarımsaq, göyərti əlavə olunur, duz, istiot səpilir, qarışdırılır.

Toyuq “Flor”

İçindəkilər

Toyuq filesi – 200 qr

Göbələk – 100 qr

Baş soğan – 1 ədəd

Pomidor – 2 ədəd

Holland pendiri – 2 ədəd

Qoz ləpəsi – 30 qr

Rəngli bibərlər – hərəsindən yarım ədəd

Bitki yağı – 100 qr

Duz, istiot – zövqə görə

Hazırlanması

Toyuq filesi streç arasında bir qədər döyəclənir, duzlanıb, istiotlanır. Pomidor, göbələk, soğan halqavari, bibərlər samanvari doğranır. Holland pendirir sürtgəcdən keçirilir, qoz ləpəsi üyüdülür. Göbələk və soğan yağda qovrulur, üzərinə duz, istiot səpilib qarışdırılır və kənara qoyulur. Toyuq filesi, pomidor və bibərlər ayrı-ayrılıqda yağda qızardılır. Toyuq “flor” bu qayda ilə servis qabına düzülür: toyuq filesi, pomidor, göbələk-soğan qarışımı, qoz ləpəsi.

Nuş olsun!