İftar menyusu – 20-ci gün

Belə yağışlı, sərin Ramazan günündə milli və xarici mətbəxdən daha bir İftar menyunuzu “Qurman” rubrikamız təqdim edir.

Yayla şorbası

İçindəkilər

Yumurta – 2 ədəd

Düyü – yarım st.

Un – 2 x.q.

Qatıq – 4 st.

Kərə yağı – 100 qr.

Nanə qurusu – 50 qr.

Duz

Hazırlanması

Düyü təmizlənir, yuyulur və bol suda bişirilir. Un, qatıq və yumurtanı birlikdə çırpıb orta odda dayanmadan qarışdıraraq qaynadın. Qarışımı düyünün üzərinə əlavə edib bişirin. Nanə qurusu kərə yağında qovrulub şorbaya qatılır. Şorbaya duz da spilir və odun üzərindən götürülür.

Qarışıq yaşıl salat

İçindəkilər

Pomidor (çerri) – 4 ədəd

Xiyar – 2 ədəd

Motal pendiri – 30 qr.

Nar dənələri – 20 qr.

Narşərab – 1 x.q.

Cəfəri, reyhan, şüyüd – yarım dəstə

Qovrulmuş qoz ləpəsi – 20 qr.

Duz

Hazırlanması

Tərəvəzlər yuyulur, suyu süzülür. Pomidor 4 hissəyə bölünür, xiyar kub şəklində doğranır, göyərti əllə hissələrə bölünür, pomidora qatılır. Tərəvəzlərə qalan ərzaqlar qatılır, qarışdırılır.

Övriştə

İçindəkilər

Toyuq – 1 ədəd

Kərə yağı – 100 qr.

Baş soğan – 1 ədəd

Şabalıd – 200 qr.

Zirinc və ya nar dənələri – 50 qr.

Alça turşusu – 1 x.q.

Su – 1 st.

Duz, istiot

Hazırlanması

Toyuq yuyulur, tikələrə bölünür. Duz, istiot səpilir, yağda qızardılır. Üzərinə samanvari doğranmış baş soğan əlavə edilib qovrulur. Yeməyə su tökülür, alça turşusu, zirinc, qaynar suda pörtlədilib, təmizlənmiş şabalıd əlavə edilir. 10 dəqiqə bişirilir.

Nuş olsun!