“Həyat Tərzi” ilə həyatınızı daha tərzli edin

Biz xanımlar son zamanlar vaxtımızı həm faydalı, həm də ki, əyləncəli keçirmək istəyirik. Bunun üçün hamısı birlikdə olan yer axtarırıq. Amma çox axtarmağa heç də, gərək yoxdur. Bunun üçün İçərişəhər metrostansiyasının yaxınlığında yerləşən “Həyat Tərzi” Xarici dil və Mədəni İrsi Təkmilləşdirmə Mərkəzinə üz tutmaq kifayətdir. Əgər sizin də, hələ bu mərkəz haqqında xəbəriniz yoxdursa, monitora yaxın əyləşin. 

“Həyat Tərzi” Xarici dil və Mədəni İrsi Təkmilləşdirmə Mərkəzi xanımların özünü inkişaf etdirməsi üçün xarici dil və mədəniyyət mərkəzi olmaqla yanaşı, orijinallığı, qeyri-adi atmosferi ilə onların yeni dostluq və əməkdaşlıq məkanıdır. Burada xanımlar öz maraqlarına uyğun müxtəlif elmi və mədəni fəaliyyətlərlə məşğul ola bilər. Mərkəzin adı həyatı fərqli, maraqlı, faydalı məşğuliyyətlə yaşamaq bacarığını bildirən fransız sözü “Savoir Vivre” birləşməsindən götürülüb. Mərkəzin formatı isə Fransada fəaliyyət göstərən  “Bienvenue a Paris” və “Bienvenue en France” tipli qrumların fəaliyyət formatına əsaslanır. “Həyat Tərzi”nin digər əlaqəli təşkilatı – NAC (inter National Activity of Contacts) Kievdə (Ukrayna) uğurla fəaliyyət göstərir və ətrafına aktiv xanımları toplayıb.

Bu mərkəzin xanımları öz ətrafına toplamaqda əsas məqsədlərindən biri də mədəni irsin öyrənilməsi istiqamətində dünya ölkələrinin mədəniyyətləri ilə, mədəni irsi və adət-ənənələri ilə yaxından tanış olmaq və tanıtmaqdır. “Həyat Tərzi”nin tədbirləri çərçivəsində xanımlar maraqlı və maarifləndirici müsabiqələr, dünya və Azərbaycan mədəniyyəti tarixi, müasir moda tendensiyaları, kulinariya sirləri barədə maraqlı bilgi və təcrübə əldə edə bilər.

Mərkəzdə xanımlar fransız, rus və ingilis dillərini öyrənmək arzularını qısa zaman çərçivəsində, fərqli və əyləncəli metodlarla gerçəklədirməklə yanaşı, müxtəlif mədəni (musiqi, teatr, kino və s.) və fəlsəfi mövzular ətrafında müzakirələr, eləcə də, fərqli sənət sahələrinin peşakar metodlarını öyrənərək yeni hobbilərlə şəxsi inkişaflarına dəstək olurlar.

Birlikdə süfrə bəzəmək, etiket qaydaları, mətbəx təcrübələrini bölüşmək, həmçinin, peşəkar həkim və psixoloq məsləhətləri, sağlam və keyfiyyətli həyat tərzi çərçivəsində görüşlər keçirilməsi də nəzərdə tutulub.

Mərkəzin nəznində fəaliyyət göstərən Kitab və Kino Klubu da xanımların asudə vaxtının səmərəli keçirilməsi çərçivəsində görülən işlərdəndir. Bu mərkəzi digərlərindən fərqləndirən əsas cəhət burada yaş məhdudiyyətinin olmamasıdır. İstənilən yaşda xanım bura müracit edərək mərkəzin xidmətlərindən faydalana, yeni insanlar tanıya və vaxtını səmərəli keçirə bilər. 

Mərkəzin üstünlüyü hələ bununlarla bitmir. Belə ki, Ebru sənətini sevən xanımlar üçün “Həyat Tərzi” göydəndüşmə şans verir. Siz burada peşəkar müəllimə tərəfindən Ebrunun incəliklərini anlayaraq bu sənəti öyrənəcəksiniz. 

Sərfəli, həm də, peşəkar Yoqa dərsləri almaq istəyirsiniz? Amma belə bir məkan tapmaqda çətinlik çəkirsinizsə yenə də, “Həyat Tərzi” köməyinizə gəlir. Burada siz peşəkar Yoqa müəlliməsi Tatyana Safanovadan Yoqanın müxtəlif cərəyanlarını öyrənməklə ruhunuzu da rahatlandıracaqsınız.  

Eləcə də siz bu mərkəzdə xanımlara istəklərinə uyğun olaraq öz təcrübələri və ixtisas sahələrindəki bilgilərini müəyyən olunmuş günlərdə digər xanımlarla bölüşmək şansı verilir. 

Burada yalnız, bizim xanımlar deyil, həm də, şəhərimizin əcnəbi sakinlərinə də müxtəlif xarici dil xidmətləri təklif olunur.

Uşaqlardan tutmuş evdar xanımlara qədər hər kəz “Həyat Tərzi”nə gəlməklə özlərini, istedadlarını inkişaf etdirə bilərlər. 

Sonda isə siz xanımlar üçün “Həyat Tərzi”nin bütün xidmətlərini cədvəl üzrə sizə təqdim edirik:

Fransız dili

İngilis dili

Rus dili

Mədəniyyətşünaslıq

Süfrə mədəniyyəti- Etiket qaydaları

Rəssamlıq

Dekupaj

Porselən boyama

Ebru sənəti

Dekoarativ-tətbiqi sənəti

Toxuculuq

Bədii-tikmə, Qoblen

Vizaj təlimi

Moda təlimi

Yoqa təlimi

Kulinariya

Muzey və sərgilərə səyahət

Bütün bu xidmətlərlə yanaşı Mərkəzdə azyaşlı uşaqların gələcək komplekslərdən azad olması və sağlam böyüməsi üçün bir çox təlimlər və maraqlı tədbirlər keçirilir:

İngilis dili

Gimnastika

Rəssamlıq

Ebru sənəti

Süfrə mədəniyyəti- Etiket qaydaları

Qeyd edək ki, “Həyat Tərzi” 2015-ci ilin noyabr ayından fəaliyyət göstərir. Yolunuzu ordan salsanız əminik ki, siz də şəxsi inkişafınıza fayda qatacaqsınız.

Ünvan: İstiqlaliyyət küç. 29, (İçərişəhər metro stansiyası yaxınlığında) 

Telefon: (+994 12) 492 55 90;  WhatsApp: (+994 77) 505 11 71

facebook: /heyatterzi ; instagram: @_heyat_terzi_