Həssas saçlara qulluq və makadamiya yağının faydaları

Həssas baş dərisi olan insanlar yəqin ki, qaşıntı, quruluq, qabıqlanma, saç tökülmələri kimi hallarla rastlaşırlar. Saç dərisinin həssas olmasına bir çox faktor səbəb ola bilər. Gündəlik saça qulluq rutininizdə kiçik dəyişikliklər etsəniz bu problemləri tezliklə həll edə bilərsiniz. Amma problemlər xroniki hal aldıqda mütləq trixoloqa (saç və baş dərisi problemlərilə məşğul olan həkim) müraciət edin. Evdə həll olunacaq problemləri isə bizim təqdim etdiyimiz kiçik ip ucları ilə aradan qaldıra bilərsiniz. Bu dəfə sizə həssas, kövrək saçlara evdə qulluq və makadamiya yağının həssas saçlar üzərində təsirindən bəhs edirik.

Şampun seçiminə diqqət

Tərkibində sabun olmayan şampunlara üstünlük verin. Çünki sabun saç dərisini zədələyir və qurudur. Həm də, şampunlarda istifadə olunan sabun sulfat tərkibli olur. Sulfat da, dərini zədələyən təsirə malikdir. Sabun tərkibli olmayan şampunlar və ya baş dərisi üçün olan təmizləyicilər hipoalergikdir. Buna görə də, baş dərisini zədələməz, təbii yağ balansını da pozmazlar. Nəticədə də, dərinin təbii nəm balansını da qorumuş olur.

Saçlarınızı karbonat qarışımı ilə təmizləyin

Baş dərinizi həftədə bir dəfə karbonat və şampun qarışımı ilə təmizləyin. Bu saçlarınızın pH balansını qaydasında saxlamağa kömək edir. Bunun üçün 2 x.q. şampun və 1 x.q. karbonatı kiçik bir kasada yaxşıca qarışdırın. Sonra nəm saçlarınıza və baş dərinizə tətbiq edin. 5 dəqiqə saxlayın və ilıq su ilə yuyun.

Saçlarınızı kimyəvi təsirlərdən qoruyun

Həssas saçlara sahib xanımlar mütləq şəkildə kimyəvi şəkilləndiricilər və saç boyalarından uzaq durmalıdırlar. Bunlar saç dərisini zədələyir və qurudur. Eyni zamanda da, fen kimi isidici təsirə malik şəkilləndirici vasitələri də istifadə etməsəniz yaxşı olar. Çünki belə alətlər baş dərinizi daha da quruda bilər. Yox, əgər saçlarınızı yumusunuz və harasa tələrsirsinizsə fen istifadə edərkən onu uzaqdan hərəkət etdirin, ən aşağı istilikdə istifadə edin. Adi günlərdə isə dəsmalla yavaş hərəkətlərlə saçlarınızı qurulayın və icazə verin özü normal hava istiliyində qurusun.

Makadamiya yağı nədir və həssas saçlara nə kimi faydası var?

Makadamiya fındıqkimilərə aid olan meyvədir. İlk dəfə Avstraliyda yetişdirilib. Mindən çox növü də var. Bizim adət etdiyimiz fındığın ölçüsündən bir az böyükdür amma daha yumşaqdır. Tərkibində heç bir meyvədə olmayan palmitoleik turşusu var. İnsan orqanizimində istehsal olunan bu turşu yaş artdıqca daha az istehsal olunmağa başlayır. Ona görə də, makadamiya bu turşuya olan ehtiyacları ödəmək üçün mükəmməl meyvədir.

Makadamiya yağı Omeqa-7 ilə zəngindir. Nəmlilik xüsusiyyəti çox olduğundan kosmetik vasitələrin istehsalında geniş istifadə edilir. Xolestrola da nəzarət etmək üçün faydalıdır. Makadamiya yağı insan bədənində olan yağın tərkibinə ən yaxın yağ olduğu üçün saç və dəri tərəfindən sürətlə mənimsənilir, qalıcı nəmləndirmə bəxş edir və sağlam toxuma istehsalına da dəstək verir. Qurumuş, kimyəvi təsir görmüş saçları qidalandırır, yumşaldır, dolaşan, elektirkləşən saçları hamarlaşdırır, parlaq və tez forma alan saçlar bəxş edir. Bu yağ saçların rəngini, parlaqlığını və gurluğunu artırır, günəşin zərərli şüalarından və ekoloji çirklənmədən təsirlənən həssas saçları qoruyur. Saçlarınıza mütəmadi olaraq tətbiq etsəniz baş dərisinin qurluğu 40-50 % azalacaq.

Makadamiya yağını saçlarınıza tətbiq etmək üçün nəmli saçlara az miqdarda çəkib taxta daraqla daraya və ya barmaq uclarınızla masaj edə bilərsiniz.

Həssas saçlar üçün makadamiya tərkibli şampun

Yuxarıda da qeyd etmişdik ki, həssas və kövrək saçlara sahibsinizsə mütləq şampun seçiminizə diqqət etməlisiniz. Xüsusi olaraq saçlarınızı həssas saç tipinə aid olan, sabun tərkibsiz şampunlarla yumalısınız. Saçlarınız üçün seçdiyiniz şampunun tərkibində makadamiya yağı olsa daha faydalı olar. Bunun üçün sizin həssas və kövrək saçlarınız üçün KayPro seriyasından olan Macadamia tərkibli üçlü saç təmizləyici vasitəsini məsləhət görürük.

Makadamiya – Effektiv nəmləndirilmənin və tərkibinə daxil olan antioksidantların sayəsində saçları bərpa edir.

Makadamiya tərkibli şampun – kövrək və həssas saçları makadamiya yağı ilə bərpa edir. Saçları yumşaldaraq onları sağlam və parlaq edir, dərindən təmizləyir və ekoloji çirklənmədən, havanın mənfi təsirlərindən qoruyur. Həm də, boyanmış saçlarda oksidantın yaratdığı mənfi təsiri aradan qaldırır. Bu şampunu nəm saçlarınıza masaj vasitəsilə yeridib ilıq su ilə yumalısınız.

Makadamiya tərkibli kondisioner – həssas və kövrək saçlarınızı bərpa edərək onları yumşaldır, sağlam və parlaq edir, ağırlaşdırmır, daranmasını asanlaşdırır. Eyni zamanda da, saçlarınıza güc bəxş edir. Şampunla saçlarınızı dərindən təmizlədikdən sonra nəm saçlarınıza diblərdən uclara qədər çəkin, taxta daraqla darayın, 2-3 dəqiqə saxlayıb ilıq su ilə təmiz şəkildə yuyun.

Makadamiya tərkibli bərpaedici zərdab – saçları yumşaldaraq daranmasını asanlaşdırır, parlaqlaşdırır, güc bəxş edir, quruluğu, saç uclarının haçalanmasını aradan qaldırır. Nəm və ya quru saçlarınıza bir neçə damcı tətbiq edin amma yumayın.