Hansı dəbli geyimlərdə qənaət etmək olar?

Son zamanlar həyatımızın bütün hissələrində qənaət etdiyimiz kimi qarderobumuzda da qənaət etməliyik. Bunun üçün aylıq büdcəmizi planlaşdırmalıyıq. Elə əşyalar da var ki, onlara heç bir halda qənaət etmək olmaz. Bunlar yaxşı bir ayaqqabı, keyfiyyətli üst geyimi və ya yun bir sviter ola bilər. Lakin bəzi şeylər də var ki, onlara ekstra pul xərcləmək gərəkli deyil. Bunun üçün alış-verişə gedəndə siyahı tutsanız sizə lazım olmayan əşyaları almayacaqsız. Biz də sizin üçün dəbli və qənaətli kiçik bir siyahı hazırladıq.

Klassik köynək

İstənilən halda klassik ağ köynək qarderobun əsas elementidir. Amma bu qarderobunuz üçün ən karlı yatırım deyil. Çünki ağ köynək uzun müddət şkafın gözündə bir küncdə qaldıqda sarı ləkələr düşür ona. Bu zaman onu qaynatdıqda rəngi bozaracaq. Amma bunun da çarəsi var. Çıxış yolu kimi nisbətən ucuz markaların sizə uyğun olan ağ klassik köynəklərindən birini ala bilərsiniz. Məsələn, bu köynək Zara-dan ola bilər. 

Köynək Zara – Yaz/Yay kolleksiya: 69 AZN

Cinslər

Dolce & Gabbana cinsləri elə dizayn etdi ki, onlara lüks dünyaya bilet qazandırdı. Müxtəlif eksperimentlər edərək onları zirvəyə qaldırdı. Bundan başqa digər dizaynerlər də kolleksiyalarında cinslərə yeni nəfəs verdilər. Amma ümumilikdə cinsə fantastik pullar xərcləməyə dəyməz. Buna görə də Levis, Lee, Wrangler, Guess, Calvin Klein, Diesel, Zara, Mango, Stradivarius kimi markaların cinslərinə göz atın. Bu brendlərdən istənilən qiymətə, istənilən keyfiyyət və zövqdə özünüzə uyğun cins tapa biləcəksiniz. 

Skinny cins Stradivarius – Yaz/Yay kolleksiya: 49 AZN

Köynəklər

Dizaynerlərdən xüsusi əl işi köynəklər baha olur. Hətta sadə lüks marka loqolu köynək dəri, yaxşı keyfiyyətli çanta qiymətinə başa gələ bilər. Amma çıxış yolu kimi uyğun qiymətə, yaxşı keyfiyyətdə köynəklər alacağınız markalar da var. Sadə köynəkləri GAP və Zara-dan, printli olanları isə Asos və Diesel-dən ala bilərsiniz. 

Köynək Zara – Yaz/Yay kolleksiya: 29 AZN

 

Printli əşyalar

Dizaynerlər hər mövsüm həndəsi və heyvani printlər və digər klassik printləri qeyri-adi rənglərlə trenddə saxlayırlar. Buna görə də siz növbəti mövsüm trend olmayacaq printli geyimlərə pul xərcləməsəniz yaxşı olar. Bunların əvəzinə pulunuzu klassik və heç bir zaman dəbdən getməyəcək printli geyimlərə xərcləyin. Bu dama-dama və ya xəttli hər hansı bir geyim ola bilər.

Xəttli paltar Bershka – Yaz/Yay kolleksiyası: 29 AZN

Aksesuarlar

Bir çox markalar demək olar ki, hər gün müxtəlif qiymətə bəzək əşyalarını təqdim edirlər. Məsələn, hər hansı bir “mass brend”ə aid olan boyunbağını sadə boyunsuz və ya boyunlu sviterlə dəstləşdirmək olar. Unutmayın ki, indi bəzək əşyalarımızı qızıl və ya gümüşlə qarışdırıb taxmaq dəbdədir. Bunu təcrübədən keçirtməkdən qorxmayın. 

Boyunbağı Mango – Yaz/Yay kolleksiya: 39.99 AZN