Günəşdən qoruyan ən yaxşı üz kremləri

Günəşi səbrsizliklə gözləyirdik və artıq o güclü şəkildə öz zərərli şüalarını bizə ötürür. Orqanizmimiz və üzümüz bütün qış boyu D vitamininə həsrət qalsa da, bu, o demək deyil ki, evdən üzümüzə günəşdən qoruyan krem çəkmədən çıxmalıyıq.  Günəş şüaları epidermanın dərin laylarına nüfuz edir və çillərlə piqment ləkələrinin yaranmasına səbəb ola bilər. 

Buna görə də, yaz və yay aylarında müdafiə faktoru SPF20-dən az olmayan kremlərdən istifadə etmək məsləhətlidir. Çölə çıxmadam 20 dəqiqə əvvəl dəriyə tam yedirtmədən çəkilməsi gərəkən günəşdən qoruyan ən yaxşı üz kremlərini seçdik.

Shiseido Expert Sun Aging Cream – Günəşin zərərli şüalarından qoruyan müdafiə faktoru SPF50-dir. Suyadavamlı günəşdən qoruyan üz kremidir.

Sabina Perfumery & Cosmetics – 47 AZN

Clarins Sun Wrinkle Control Cream – Qırışların əmələ gəlməsinin qarşısını alan günəşdən qoruyucu üz kremidir. Müdafiə faktoru SPF50-dir.

Sabina Perfumery and Cosmetics – 63 AZN

Payot PV Sun Sensi Creme Visage – Müdafiə faktoru SPF50 olan qocalmaya qarşı üz üçün günəşdən qoruyucu kremdir.

Sabina Perfumery & Cosmetics – 45 AZN

Garnier Ambre Solair BB Cream – Günəşdən qorumaq üçün yüksək dərəcəli filtirli BB kremdir. Müdafiə faktoru SPF50-dir.

Sabina Perfumery & Cosmetics – 13.80 AZN

Bioderma Photoderm MAX Aquafluid Cream – Həssas dərilər üçün yüksək dərəcəli qorumaya malik günəş əleyhinə üz kremidir. Müdafiə faktoru SPF50-dir. Suyadavamlıdır.

Dreamy.corner instagram səhifəsi – 28 AZN