Givenchy Eye Wardrobe Clutch Set – kiçik çantada böyük köməkçilərim

Givenchy-dən olan bu göz makiyajı setilə ilk dəfə tanış olanda ona vurulmuşdum desəm, yalan olmaz. Çünki bu qədər kiçik olub, həm də çox funksionallı olmaq “hər kişinin” işi deyil. Düşünə bilərsiniz ki, onun haqqında belə danışmaqla onu çox şişirtdim. Əsla! Əmin olun ki, Givenchy klatç göz setilə sizi yaxından tanış etdikdən sonra siz də belə bir makiyaj klatçı əldə etməyə can atacaqsınız.

Givenchy Eye klatç niyə mənim üçün bu qədər sevimlidir? Belə deyim: birincisi kompaktdır, ikincisi sevdiyim və mövsümün göz makiyajında dəbdə olan rəngləri özündə birləşdirir, üçüncüsü göz qələmi çox gözəl və yayılmayandır, dördünücüsü tuşu kipriklərimi istədiyim kimi qaldırır və həcmləndirir, beşincisi də təkcə makiyaj yox, eyni zamanda bitdikdən sonra çiçək printli bağlamanı klatç kimi də istifadə etmək olar. Bu qədər üstünlüyü olan makiyaj vasitəsi kimin sevimlisi olmaz ki?!

Gözləri diqqət mərkəzində saxlayan Givenchy bu məhsulu ilə makiyaj etməyi sevən xanımlarla yanaşı, makiyajını tez bazar edən, makiyajını işdə, yolda edən xanımların işini asanlaşdırıb. Eyni zamanda səyahət zamanı da biz xanımları düşünüb. Çünki bu klatçı “səyahət çantası” da adlandıra bilərik. Belə ki, səyahətə gedəndə özümüzlə müxtəlif makiyaj vasitələri aparmağa və əlavə yer məşğul etməyə ehtiyac yoxdur. Bu göz makiyajı seti sizə səyahətdə belə kömək edəcək.

Yəqin maraqlıdır bu qədər təriflədiyim setə nələr daxildir?

Givenchy Göz makiyajı setinə NOIR Couture VOLUME tuşu, MAGIC KHOL göz qələmi, PRISME Yeux-MONO 6 fərqli rəngli göz kölgəsi və yumşaq başlıqlı kiçik fırça daxildir.

Setə daxil olan NOIR Couture VOLUME tuşu kiçik olmasına baxmayaraq böyük funksiya yerinə yetirir. O sizin kipriklərinizi arzu etdiyiniz kimi qaldıracaq və gözqamaşdırıcı həcm bəxş edəcək. Bu işdə əsas güc eksklüziv dizayn olunmuş fırçanın və yenilənmiş tərkibin üzərinə düşür. Tuşun fırçası silikon deyil, elastik tükdən hazırlanıb.

MAGIC KHOL göz qələmi yüngül və rahat istifadə olunandır. Yumşaqlığı ilə yanaşı stabildir. Gözün daxilinə də çəkmək olar. Krem tərkibə malikdir. Bu qələm rahatlığı, davamlılığı, yumşaqlığı və elastikliyi özündə birləşdirir. Setdə olan bu qələm sizin baxşınıza kiçik sehir qatacaq.

PRISME Yeux-MONO-dan 6 fərqli göz kölgəsini bir klatçda sizə təqdim edən Givenchy gözlərinizə ziyafət bəxş etməyi vəd edir. Mövsümün dəbinə uyğun, göz qapaqlarınızda uzun müddət qalan 6 fərqli göz kölgəsi: dəbli qəhvəyi, zadəgan bej, fantaziyalı qəhvəyi, bənövşəyi gümüş, qırmızı kərpic, tünd boz gün boyu sizə əminlik bəxş edəcək.

Siz də Givenchy-nin bu və ya daha çox, eləcə də yeni məhsulları ilə tanış olmaq, makiyaj çantanıza əlavə etmək istəsəniz Sabina Perfumery & Cosmetics mağazalarına üz tuta bilərsiniz.