Fit Bite-dan arıqlamaq və vegeterian naharım

Son zamanlar əksəriyyətimiz arasında sağlam qidalanma da, sanki bir dəb halını alıb. Bu, həm düzgün çəki atmaq, həm də, düzgün kökəlmək, eyni zamanda da, ruhən də sağlam olmaq üçün vacib nüansa çevrilib. Düzdür, bəzilərimiz evdə özümüz üçün müəyyən qaydalarla sağlam qidalanma rutini tətbiq etsək də, mütəxəssisin bu vəziyyətə “əl atması” isə tamam başqadır. Elə mən də, çox uzatmayıb sizə sağlam qidalanmaqda kömək edəcək, yeni kəşf etdiyim peşəkar bir xidmətdən – Fit Bite-dan yazacam.

Bu yaxınlarda sosial şəbəkələrdə sağlam qidalanma ilə bağlı postların birində Fit Bite-ı kəşf etdim və təbii ki, diqqətimdən kənarda qala bilməzdi. Elə ona görə də, onlarla əlaqəyə keçib qidalarını dadmağı istədiyimi bildirdim. Təbii ki, test etmək üçün müsbət cavab aldım. Mənə individual olaraq hazırlanmış səhər, günorta və axşam yeməyi göndərdilər. Qeyd edim ki, bu menyu ət yemədiyim üçün vegeterian və arıqlamaq menyusu idi. 

 

Bəs bu qidaları dadmaq üçün nə etmək lazımdır, hansı xüsusiyyətlər gərəkdir?

Hər şeydən öncə qeyd edim ki, Fit Bite çox dadlı dietadır. Sağlam və dietik qidaların hazırlanması üzrə ixtisaslaşmış kulinariya mərkəzidir. Həm sağlam şəkildə çəki atmaq, həm də ki, çəki almaq da mərkəzin köməyilə mümkündür. Deyək ki, sağlam qidalanmağı qarşınıza məqsəd qoymusunuz və bir aya əla nəticə əldə etmək istəyirsiniz. Bunun üçün sadəcə onlarla əlaqə saxlamağınız, sizə verilən suallara düzgün cavab verməyiniz kifayətdir. Burada yeməklər məhz individual olaraq sizin kriteriyalara uyğun hazırlanır. Bu kriteriyalara çəki, boyun ölçüsü, qan qrupu, hansı qidalara qarşı allergiya var, ət və ya hər hansı qidanı yeyib-yeməməyiniz soruşulur, menyu hazırlanarkən bunlar nəzərə alınır. Bütün bu kriteriyalar öyrənildikdən sonra məlumatlar mərkəzin Moskvadakı dietoloquna ötürülür. O, bu məlumatlara əsasən pəhrizi müəyyən edir və elə oradakı aşpaza göndərir. Aşpaz da, öz növbəsində pəhrizin menyusunda hansı ərzaqdan hansı ölçüdə istifadə etmək lazımdır bunu müəyyən edir və mərkəzin Azərbaycandakı aşpazına yollayırlar. Buradakı aşpaz isə menyunu hazırlayır və sizin çox dadlı dietik naharınız sizə ödənişsiz şəkildə çatdırılır. Qeyd edim ki, burada yeməklər əllə sıxılmış zeytun yağı ilə hazırlanır, heç bir heyvani yağlardan istifadə edilmir. Bütün bu proseslər mənə göndərdikləri menyuda da baş verdi. Yəqin ki, sizə də maraqlı idi mənim vegeterian arıqlama menyumda nələr var?!

Səhər yeməyi üçün bal, alma, yulaf və darçın qarışımından ibarət peçenyelər vardı. Tərkibində heç bir şəkər və un yox idi. Şəkəri bal və alma əvəz edirsə, unu da yulaf əvəzləyir. İlk dəfə dadanda çox yüngül dada malik peçenyelər həm də, ağızda tez əriyir. Hətta deyə bilərəm ki, iki dəfə yeməyiniz mümkündür. Çünki artıq iki ədəd peçenyeni yedikdə doya bilirsiniz.

Daha sonra nahar üçün tərəvəz salatı və çuğundur sousu ilə paxlalı bitkilərdən xüsusi reseptlə hazırlanmış kotletlər vardı. Tərəvəz salatı təravətli kahı yarpaqlarından, xiyar, pomidor və qırmızı kələmdən hazırlanmışdı. Bu salat sizə əsl yaz əhvalı yaşadacaq. Kotletlər isə əminliklə deyə bilərəm ki, tam fərqli və xəfif dada malik idi. Həm də, doyurucu təsiri vardı. 

Axşam yeməyində isə unsuz, vegeterian pizzaya kim yox deyər ki? Əlbəttə ki, heç kim! Bu pizzanın normal yediyimiz pizzalardan üstünlüyü odur ki, çox yüngüldür, dietikdir və yağsız idi. 

Bir nünası qeyd edim ki, bir nəfərlik olan bu menyunu hətta 2 gün yemək mümkündür. 

Deyim ki, bu naharın dadı hələ də, damağımda qalıb. Yaxın günlərdə yenə də, xüsusi nahar üçün Fit Bite-a müraciət edəcəm. Əgər siz də, mənim kimi sağlamlığınıza diqqət etmək, yay qabağı gözəl formada olmaq istəsəniz əvvəlcədən əlaqə saxlayıb individual menyunuzu əldə edə bilərsiniz. Əmin olun ki, qidalanmanızı mütəxəsisslərə həvalə etməklə heç peşman olmayacaqsınız.

Nurana Novruz