Ev şəraitində saçların təbii üsullarla düzləşdirilməsi yolları

Əslində, əksəriyyətimiz özümüzdə olmayanları arzu edirik. Xüsusilə də, biz qadınlar görünüşümüzlə bağlı nələrisə dəyişməyə meyilli oluruq. Bu dəyişiklikləri tətbiq etdiyimiz ən asan hissə isə saçlarımızdır. Gah saçlarımızı düzləşdirir, gah burur, gah da boyayırıq. Amma bu zaman da, saçlarımıza zərər veririk. Saç tipimiz nə olursa olsun, istədiyimiz sağlam, parlaq və hamar saçlara sahib olmaqdır. Çünki kənar təsirlərlə etdiyimiz düzləşdirmə prosesləri nəticəsində qırılmış, sərtləşmiş saçlarla qarşılaşırıq. Bəs təbii üsullarla evdə saç düzləşdirmək mümkündür?

Saçlarınızı heç bir kimyəvi, isti təsir olmadan düzləşdirib, düz, hamar saçlara sahib olmaq istəyənlər üçün bu dəfə təbii üsullar, düzgün şampun və maska seçimi haqqında məsləhətlərimizvar.

Təbii üsullarla evdə saç düzləşdirməyin üsulları

Ev şəraitində təbii üsullarla saç düzləşdirmədə ən praktik üsul Hindistan qozu südü ilə edilən prosesdir. Bunun üçün bir stəkan hind qozu südünün içərisinə ¼ stəkan limon suyu əlavə edin. Bu qarışımı soyumaq üçün soyuducuya qoyun. Soyuyan qarışımı soyuducudan çıxardıb krem halına gələnə qədər qarışdırın. Bu qarışımı saçlarınıza yaxşı yeridin, daha sonra da saçlarınızı isti suya batırılmış dəsmalla bağlayıb bir az saxlayın. Daha sonra isə saçlarınızı uyğun şampun və ilıq su ilə yuyun. Bu prosesi həftədə bir dəfə təkrar etməniz lazımdır. Nəticədə saçlarınız yumşaq, parlaq olacaq və onlara asanlıqla forma verə bilərsiniz.

Saç düzləşdirmənin asan yollarından biri də, saça isti yağlarla edilən masajdır. Saç qulluğunda istifadə etdiyiniz istənilən yağları bunun üçün istifadə edə bilərsiniz, xüsusilə də, zeytun yağı,hind qozu və jojoba yağı daha yaxşıdır. Bu yağlardan birini uyğun olan istiliyə qədər isitməklazımdır. Qaynayan suyun içərisinə qoyduğunuz ağzı bağlı plastik torbaya 2 x.q. yağı əlavə edin. Yağ yetərincə isindikdən sonra barmaq uclarınızla masaj edərək yağı saçınıza yeridin. Sonra saçlarınızı bir dəsmalla bağlayın və təxminən 30 dəqiqə belə gözləyin. Sonda isə saçlarınızı bitki tərkibli ya da saç düzləşdirmək üçün olan şampunla yuyun. Bu prosesdən sonra da saçlarınız parlaq, yumşaq və sağlam olacaq.

Digər bir təbii üsul isə evdə saç düzləşdirmək üçün edəcəyiniz maskadır. Bu maska zeytun yağı və yumurta ilə edilir. Kiçik bir qaba iki ədəd orta boylu yumurtanı və 1 x.q. zeytun yağını əlavə edib yaxşıca qarışdırın. Sonra saçlarınızı hissələrə ayırın. Hər hissəyə bu qarışımdan fırça ilə çəkin və gümüşü falqa ilə sarıyın. Bu şəkildə 1 saat gözlədikdən sonra şampun və ilıq su iləyuyun. Nəticədə heç bir əlavə təsirə ehtiyac duymadan düz saçlara sahib olacaqsınız.

Düz saçlara sahib olmaq üçün düzgün maska və şampun seçimi

Təbii ki, evdə yağlarla, təbii məhsullarla edilən proseslər faydalıdır. Amma bu prosesləri düzgün seçilmiş şampunla sonlandıranda daha yaxşı nəticə verir. Saçlarınızı düzləşdirərkən seçdiyiniz şampuna diqqət edin. Belə şampunların üzərində mütləq saç düzləştirmək üçün olan məhsul yazılır. Deyək ki, saç düzləşdirmək üçün şampunu seçirsiniz. Bəs ən yaxşı saç düzləşdirici şampun hansıdır – bunu bilmirsiniz. Biz sizə yenə də, KayPro seriyasında şampun və maska tövsiyə edirik. Bu məhsul saç düzləşdirici xüsusiyyətə malik olan Kay Liss şampun və maskasıdır.

Kay Liss – Saçların sözəbaxan, ipək kimi yumşaq və düzləşdirmədə yüngül olması üçün bütöv proqramdır. Ən çətin saçlar üçün də idealdır və onların parlaqlığını artırır.

Kay Liss saç düzləşdirici şampun – Yulaf tərkibli süd, avokado yağı ilə saçları yumşaldır, nəmləndirir və onlara ipəklik bəxş edir.

Kay Liss saç düzləşdirici maska – tərkibcə şampunla eynidir. Saçları yumşaldır, nəmləndirir, yüngüllük bəxş edir. Saçlar dərhal hamar, elastik və canlı olur. Düzləşdirmə effektini tez bir zamanda almaq üçün digər məsləhət gördüyümüz təbii üsulları etdikdən sonra bu maskanı da tətbiq edib və Kay Liss şampunu ilə yumalısınız.

Tövsiyə etdiyimiz məhsulu əldə etmək üçün KeproShop mağazasına müraciət edə bilərsiniz.