Ev dekorasiyanızda pozitiv enerji gətirən daşlardan istifadə edin

Zamanın sürətlə axıb getdiyi bir vaxtda həyatımızı yaxşıya doğru dəyişmək üçün durmadan çalışırıq. Nəticədə iş varsa sevgi, sevgi varsa iş, cəsarət varsa dostluq yarımçıq qalır. Bütün bunlarla mübarizə apararkən evə də vaxt ayırmaq lazımdır. Evinizin dekorasiyasını edərkən istifadə edəcəyiniz təbii daşlar sayəsində həyatınızı balanslaşdırmaq və evinizin enerjisini daha da yüksəltmək yəqin ki, ürəyinizcə olar.

Pozitiv enerji: Ametist daşı

Bənövşəyi və lavanda rənglərində olan ametist daşı evinizdəki neqativ enerjini təmizləyir. Gün ərzində yaşadığınız neqativliyi də pozitivə doğru dəyişir. Yorğunluq, narahatlıq və baş ağrılarından şikayətlənirsinizə ametist daşını yataq otağınıza qoya bilərsiniz.

Şans və cəsarət: Aquamarin

Qonaq otağınıza ya da ki, ofisdə stolunuzun üzərində, iclas otağına bu daşı qoysanız onun faydasını görə bilərsiniz. Sinirləri sakitləşdirir, şans və cəsarət verən aquamarin həm də, yaradıcılığı da üzə çıxarmağa kömək edir.

Sevgi daşı: Mərcan

Antidepresan xüsusiyyətə malik olan mərcan daşı ilə evinizə xoşbəxtlik qata bilərsiniz. Diqqəti də gücləndirən bu daşı iş masanıza da qoya bilərsiniz. Nəzərə və dəri xəstəliklərinə yaxşı təsir edən mərcan daşının ən vacib xüsusiyyəti sevginin rəmzi olmasıdır.

Güc və uğur üçün: Aqat

Aqat daşı uğuru təmsil edir. Evinizin enerjisini artıraraq pis enerjini ortadan qaldırır. Tənbəlliyi də yox edərək yaxşılıq hislərini insana bəxş edir.