Əlinizdəki kiçik dünya – klatçlar

Bəli, bəli klatçlar əlimizdəki kiçik dünyamızdır. Məşhurluğunu itirməyən bu kiçik və bir o qədər lazımlı əşya çox zaman köməyimizə gəlib. Klatçlardan dodaq boyamızı, kiçik güzgümüzü, telefonumuzu qoymaq üçün istifadə etsək də, onlar istənilən halda görünüşümüzə zadəganlıq qatıb. Dəvətə, toya, gecə əyləncəsinə və konsertə gedəndə yanımızda olan klatçlardan bu dəfə də Aliş-veriş rəhbərində yazmağa qərar verdik.

Klatçaar yarandığı ilk dövrlərdə əsasən ziyafət, klassik geyimlərimizi tamamlamaq üçün istifadə edilirdi. Və əsasən də, həmin tərzə uyğun formada istehsal olunurdu. Amma zaman keçdikcə klatçların digər geyimlərlə cütləşdirildiyi tərzlər də genişlənməyə başladı. O nəinki klassik və ziyafət geyimlərini tamamladı, hətta idman, “casual” tərzlərin də əvəzolunmazına çevrildi. Buna görə də tərzinizi tamamlamaq üçün istifadə edəcəyiniz kaltçaların forması, nəyə əsasən seçimi tamamilə sizin əlinizdədir. İdman tərzindəki geyiminizə “cool” bir görüntü qatmaq istəsəniz mütləq çanta seçiminizi klatçdan yana  edin. Hündürdabanlı ayaqqabınız və skinny cinsinizin üzərinə klassik köynək geyinib onu idman tərzində olan klatçınızla tamamlasanız, bu “look”unuzla həm gündüz, həm də axşam harasa gedə bilərsiniz. Beləliklə, həm şıq, həm də tərzli görünəcəksiniz.

Bəs hansı klatçı hardan, hansı qiymətə ala bilərsiniz, bir az da, bu haqda.

Zara muncuqlu qutu klatç – 59 AZN (endirimlə)

Zara klatç – 29 AZN (endirimlə)

Zara heyvan printli klatç – 20 AZN (endirimlə)

Mango xəz dərili klatç – 65.90 AZN

Mango gül bəzəkli  klatç – 65.90 AZN

Mango fakturalı dəri klatç – 25.90 AZN (endirimlə)

Pull&Bear velvet klatç – 29 AZN (yeni kolleksiya)

Pull&Bear dəri klatç – 15 AZN (endirimlə)

TOPSHOP dəri xəzli klatç – 50$ (onlayn mağaza)

Asos klatç – 178$ (onlayn mağaza)