Dəriniz üçün gözəllik pəhrizi

Dermatoloqlar və qidalanma mütəxəssisləri bu mövzuda həmfikirdirlər: Nə yediyimiz üzümüzə çəkdiyimiz kosmetik vasitələr qədər də çox vacibdir. Düzlü ya da şəkərli qidalar qırışlar yaradır, kökəlməyə səbəb olursa, yaşıl, faydalı yağlar və vitaminlərlə zəngin olan qidalar dəriyə sağlamlıq, canlılıq bəxş edir. Bəs belə dəriyə necə sahib olmaq olar? 30 gün müddətində təqdim edtiyimiz gözəl dəri pəhrizini tətbiq edin və nəticə ürəyinizcə olacaq.

Boşqabınızı bunlarla doldurun

Omega-3 – Faydalı yağları özündə birləşdirən avokado, chia toxumu, kətan toxumu, fındıq və somon balığı orqanizmdəki iltihablanmanı aradan qaldırır. Bu qidaları qəbul etmək dəri sıxlaşdıran zülal olan kolajenin məhv olmasının qarşını alır. Nəticədə də qırışların yaranmasına mane olursunuz. Bunun üçün də, həftədə ən iki dəfə balıq yeməyə çalışın. Xüsusilə də, somon balığı yeməyə diqqət göstərin. Çünki somon balığı ən yaxşı omega-3 qaynağıdır. Əgər dəniz məhsullarını sevmirsinizsə o zaman fındıq kimi faydalı yağ qaynağı olan atışdırmalıqlara üstünlük verin.

Antioksidantlar

A və C vitaminləri dəri hüceyrəsi üçün zərərverici sərbəst radikallarla mübarizə aparır. A vitamini (balqabaq, kök və şirin kartof) iltihabı azaldaraq hüceyrələri yeniləyir və beləliklə də, dəridə sızanaqların çıxma şansı azalır.Yaşınıza və fiziki vəziyyətinizə görə ehtiyacınız olduğu qədər qəbul etməyinizdə fayda var. C vitamini üçün səhər yoqurtunuza kivi doğrayıb yeyə bilərsiniz, A vitamini üçün isə yarım kasa yemiş yetərlidir.

Turpkimilər

Brokoli, Brussel kələmi, kələm, ispanaq kimi tərəvəzlər qaraciyərdə detoks təsiri yaradır. Bu da, sızanaqların yaranmasına səbəb olan həddən çox depolanmış ostrogenin azalmasını təmin edir. Bütün bunları nəzərə alıb hər gün qeyd etdiyimiz tərəvəzlərin olduğu iki ovuc dolusu salat qəbul edin.

Bunları yemək olmaz

Şəkər – Qan şəkərinin anidən artması iltihablanma yarada bilir. Ən pis şəkər deposu: meyvə suları, konfetlər, turşulu içkilərdir. Qandakı həddən artıq şəkər kolajen və keratin kimi zülalları qlikasyon deyilən bir vasitə ilə parçalaya bilir. Eyni zamanda insulinin çoxluğu androjen hormonunu işə salır və bu da, sızanaqların yaranmasına səbəb olur. Həftədə ən az bir dəfə şəkər qəbul etmək daha yaxşıdır.

İşlənmiş qidalar

Bu tip qidaların tərkibində soya və kanola kimi yağlar olur. Soda baxımından da olduqca zəngin olan belə qidalar dərinin su balansını pozur, onun pis görünməsinə gətirib çıxardır.

Süd məhsulları

Tək kəlmə ilə: Sızanaqlar. Süd məhsullarının çoxu, orqanik olanlar belə, İGF-1 deyilən və dərinin həddən artıq yağlanmasına səbəb olan hormonu özündə birləşdirir. Əgər sızanaqlar sizin üçün böyük problemdirsə bu qida qrupundan tamamilə uzaq durmalısınız.