Daun sindromlu model Madeline Stuart New York Moda Həftəsində - 2016

Madeline Stuart 18 yaşı olarkən ilk dəfə keçən il New York Fashion Week-də  podiuma çıxdı və bir müddət media manşetlərindən düşmədi. Qeyd edək ki, Madeline ilk peşəkar Daun sindromlu modeldi. Onun model olması görünüşünə görə çox müzakirə olundu. Amma o, öz əzmi sayəsində bütün zəncirləri qıra bildi. 

2016 New York Moda Həftəsində Madeline-in yenidən podiuma çıxması heç də surpriz deyildi. O, podiumda İtaliya brendinin kolleksiyasını təqdim etdi. Madeline New York Moda Həftəsində - 2016-in Payız/Qış kolleksiyasının təqdimatı üçün podiumdaydı. Əvvəlcə o ağ xəzli geyimi ilə podiumda göründü, daha sonra isə qızılı və bənövşəyi rənglərin birləşimdən olan şıq geyim və gülüşü ilə diqqətləri öz üzərinə çəkdi. 

Qeyd edək ki, Madeline Stuart model olmaq üçün çox əziyyətlər çəkib. İlk növbədə o çəkisi ilə mübarizə aparıb və nəticədə 44 kq çəki atıb. Onun model olmaqda məqsədi məşhurluq yox, məhz Daun sindromlu insanların da nələrəsə qadir olduğunu göstərməkdir.