Daban çatlarının təbii həlli yolları

Dabanlarımız qışda soyuğun, yayda isə qumun təsirindən quruya bilir. Daban daşları, daban kremləri belə bu problemlərin həlli üçün yetərli olmur. Əslində bu problemin həlli üçün o qədər pul xərcləməyə də ehtiyac yoxdur. Sadəcə soyuducunuzda olan vasitələrlə bu problemi həll edə bilərsiniz. Necə? Sizə təqdim etdiyimiz 3 təbii maska ilə...

Ballı daban yumşaldıcısı

Balın möcüzəvi gücündən istifadə edərək dabanlarınızı yumşalda bilərsiniz. Tək ehtiyacımız olan 1 stəkan bal və yarım vanna ilıq sudur. Bunların ikisini qarışdırın və ayaqlarınızı 20 dəqiqə vanna edin. Bal antiseptik və nəmləndirmə xüsusiyyətinə də malikdir. Bu daban çatlarının sağalmasına səbəb olacaq. Ballı vannanı həftədə bir neçə dəfə edə bilərsiniz.

Yulaf əzməsi və zeytun yağı ilə maska

Təbii maskaların gücünə hər zaman inanın! 1 yemək qaşığı toz şəklində olan yulaf əzməsi və 4-5 damcı zeytun yağını qarışdırın. Ayağınıza, xüsusən də daban hissəsinə sürtün. Daha sonra ayağınızı soyuq su ilə yaxalayın. Bu maskanı dabanlarınız sağalana qədər hər gün sürtün.

Bananlı ayaq maskası

Dərini nəmləndirmək üçün ən praktik və ucuz vasitələrdən biridir. Bir ədəd bananı əzin və 15 dəqiqə dabanlarınıza sürtüb saxlayın. Daha sonra ilıq su ilə yaxalayın. Bu ucuz və asan maskanı sağalana qədər hər gün edə bilərsiniz.