Cins şortikləriniz üçün 3 fərqli tərz

Yayın əvəzolunmaz parçası olan cins şortiklərinizi t-shirt- lərinizlə dəstləşdirməkdən imtina edin və onları başqa parçalarla yenidən canlandırın. Yayın bitməsinə az qalmış cins şortiklərinizlə daha tərzli görünməyiniz üçün 3 fərqli “look”u sizinlə paylaşırıq.

Əyləncəli

Cins şortiklərinizə rəngli dizayn parçaları ilə hərəkətlilik qata bilərsiniz. Qısa üstlər, büstiyerlər, rəngli babet və çantalar ilə dəstləşdirə bilərsiniz. Geyiminizi tamamlamaq üçün isə aksesuarlar yaxşı fikirdir.

Klassik

Tərzimdən imtina etmərəm deyirsinizsə o zaman cins şortiklərinizi əsas amma şıq parçalarla birləşdirin. Sadə köynək və belinizə taxacağınız kəmərlə onu klassikləşdirə bilərsiniz.

Cəlbedici

Cins şortikləriniz axşamları harasa getdikdə görüntünüzə cəlbedicilik qatacaq parçalardandır. Geyinəcəyiniz hündürdabanlı ayaqqabı və zərif ayaqqabı, göstərişli şıq bir üst geyimilə kombininizə cəlbedici bir hava qata bilərsiniz. Aksesuarların gücünü isə heç vaxt unutmayın.