Çimərlik zamanı - Bakıda fərqli konseptli 4 ən yaxşı çimərlik

Çimərlik mövsümü artıq start götürüb. Yayın isti günlərini onsuz da şəhərdə başqa cür keçirmək olmur. Kimimiz qumu, günəşi və Xəzərin duzlu suyuna, kimimiz isə daha səliqəli hovuza üstünlük veririk. Amma bəzən isə həm hovuz, həm də dənizdən eyni anda həzz almaq arzusunda oluruq. Biz də hazır mövsümü başlamışkən sizin üçün Bakıdan kənara çıxmadan çimərlik mövsümünüzü yaxşı keçirə biləcəyiniz hovuzu və dənizi bir arada olan 4 ən yaxşı çimərliyi seçdik.

Amburan Beach Club

Azərbaycanın paytaxtı Bakıda Xəzər dənizinin sahilində inanılmaz çimərlik-klub ziyarətçilər üçün açıqdır! Amburan Beach Club Bakı sakinləri və qonaqlar üçün rahat istirahət yerlərindən biridir.

Bu çimərlik inanılmaz atmosfer yaradır və Xəzər sahilində digər çimərliklərdən fərqlənir – təmiz hava, xüsusi çimərlik, müasir bar və restoranlar… Burada mini-golf, böyük bir hovuz, Penguin Kids Club, LEMON cafe (hovuzun ərazisində yerləşən bar & grill) çimərlik Amburan restoranı və Bianso bar&lounge sizin xidmətinizdədir. Bundan əlavə sizin açıq havada film də izləmək şansınız olacaq.

DALGA BEACH AQUAPARK RESORT

Ailəvi istirahət mərkəzinin ümumi sahəsi 68 min kvadratmetrdir. Ərazisinə görə bu, Azərbaycanda ən böyük Aqua Parkdır. Xəzər dənizinin sahilində yerləşən istirahət mərkəzi nəfis tərtibatda, özünəməxsus üslubda inşa olunub. İstirahət kompleksində ümumi sahəsi 12 min kvadratmetr olan 7 hovuz yaradılıb. Bu hovuzlarda süni dalğalar vasitəsilə qonaqlar sörfinqlə məşğul ola biləcəklər. Hovuzlarda 7 su atraksionu quraşdırılıb. Burada balacaların istirahətini təşkil etmək üçün 700 kvadratmetr sahəsi olan hovuz və digər lazımi şərait də yaradılıb.

Kompleksin xidmət məkanlarına 10 hovuz, 5 restoran, 7 bar, 6 müxtəlif su sürüşkənləri, uşaq klubu, su idman növləri üçün hovuzlar, gündüz oyunları məkanları, VIP hovuz və digər məkanlar, gecə klubu, çeşidli günəş yataqları daxildir.

Hovuzlar

3 autopot da daxil olmaqla 6 müxtəlif su sürüşkənində bütün gün boyu əylənə bilərsiniz. Su sürüşkənlərindən yalnız 12 yaşdan yuxarı qonaqlar istifadə edə bilərlər. 7 cür dalğa yaradan Dalğa və okeanda sörf hissi yaradan Sörf hovuzunda isə əyləncənin sərhəddini aşacaqsınız. Resortun dəniz sahilində Azərbaycanda ilk dəfə tətbiq olunacaq Paraşüt, Skuter, Playboard, Seabob, Banana, Mable, Flyfish, Ringo kimi su əyləncə növlərində özünüzü sınaya bilərsiniz. Resortumuzda üzmə hovuzlarından başqa 3 dekorativ hovuz da fəaliyyət göstərir.

Mambo Beach Club

Şıx Çimərliyi Bakının cənub-qərbində Azərbaycanın kurort zonasında yerləşir. Şəhər mərkəzindən 8 dəqiqəlik məsafədə yerləşən Mambo həzz, zövq və təbiəti bölüşmək üçün yeni qonaqlar gözləyir. Burada siz çimərlikdə günəşdən həzz almaqla yanaşı, gün ərizində dünya mətbəxinin ən ləziz dadlarından və möhtəşəm üzgüçülük hovuzundan istifadə edərək möhtəşəm gün keçirəcəksiniz.

Yay ərzində müxtəlif növ tədbirlər , musiqi festivalları və ən əsası dünyaca məşhur musiqiçilər möhtəşəm Mambo səhnəsində sizin üçün ifa edəcəklər. Mambo çimərlikdən əlavə böyük və kiçiklər üçün hovuz, çimərlik barını da sizə təklif edir. Bütün həftə boyu siz bu xidmətlərdən istifadə edərək unudulmaz həftə keçirəcəksiniz.

Çimərlikdə günəş şüaları altında istirahətinizin ən yüksək səviyyədə keçməsi üçün sərin içkilər və qəlyanaltılar da sizə təklif edilir. Mambo barda Ukraynadan dəvət olunmuş peşəkar işçi qrupu sizin üçün müxtəlif növdə içkilər və kokteyllər hazırlayacaqlar.

 Hər gün saat 10:00-dan Mambo çimərlik xidmətləri təqdim edir.

 Hər gün saat 10:00-dan 18:00-dək Rusiyadan dəvət olunmuş animasiya qrupları, hovuz ətrafı əyləncələr təşkil edərək gününüzü daha rəngarəng edəcəklər.

 Hər axşam şam yeməyi saatlarında Tofiq Hasansoy və onun Jazzəri qrupu (20.00-22.00) sizin üçün həzin musiqi ifa edəcək.

 Hər axşam 22.00-02.00 saatları arasında Gürcüstandan dəvət olunan Latino boys qrupunun ritmik ifasından sonra Dj setupları sizə təqdim olunacaq.

 Həftə sonları dünya ulduzlarının konsert və şouları təşkil olunur

Sea Breeze

Nardaranda yerləşən Sea Breeze çimərliyi şəhərdən təxminən 30 dəqiqəlik məsafədə yerləşir. Burada həm xüsus, həm də ümumi çimərliklər fəaliyyət göstərir. Günəşin şüalarından, narın qum dənəlarindən, dənizin sərin sularından,ndalğalardan, fərqli kokteyllərdən, komfortlu salonlardan, böyük hovuzdan həzz almaq istəyirsinizsə vaxt itirmədən Sea Breeze-ə üz tutun.

Burada SEVİMLİ BALA zonasına giriş həftə içi - 10 manat, şənbə və bazar günləri - 20 manat təşkil edir. Qeyd edək ki, 10 yaşına kimi uşaqlara çimərliyə giriş pulsuzdur.

Bütün yay gecələrində burda möhtəşəm partilər konsertlər yerli və xarici dj-lərin

iştirakı ilə partilər sizi gözləyir.