Çimərlik geyimləri kino tarixində

Bu dəfə sizə “Dəb gündəliyi”ndə çimərlik geyimlərindən yazırıq. Daha dəqiq desək, çimərlik geyimlərinin kino tarixində tutduğu yerindən. XX əsrin ən dəbli çimərlik geyimləri məhz ekranların köməyilə daha da aktuallaşdı. Filmlərin də dəb dünyasında təsirini nəzərə alıb sizi keçmişdən bu yana ekranlardan real həyata keçid edən çimərlik geyimlərilə səyahətə aparırıq.

Elizabeth Taylor, "Suddenly Last Summer" 1959

Tennessee Williams-ın ekran əsəri əsasında çəkilmiş və Elizabeth Taylor-un baş rol ifaçısı olduğu “Suddenly, Last Summer” filmi psixoloji roman janrındadır. Amma buna baxmayaraq, filmdə aktrisa bütün bədən çimərlik geyimilə bədəninin gözəlliyini izləyicilərə çatdıra bilib. Bu filmdən sonra bütün bədən çimərlik geyimi nəinki film tarixində, həm də dəb dünyasında da özünəməxsus yer tutdu.

Brigitte Bardot, "A very private affair”, 1962

Çoxları düşünür ki, bikini çimərlik geyimi Avropada Brigitte Bardot-un “ A girl in a bikini” filmindən sonra geniş yayılmağa başladı. Amma xeyr, bu, belə deyil. Bikini Avropada məhz Brigitte Bardot-un “A very private affair” filmində miniatur büstqalteri olan ağ rəngli bikini geyinməyilə “boom” yaratdı.

Sue Lyon, "Lolita" 1963

Lolita rolunda keçmiş model Sue Lyon rol alıb. Onun ideal bədən forması filmdə geyindiyi çimərlik geyimlərini daha da gözəçarpan edib. Xüsusilə, saç rəngi ilə uyğun çalarda olan bikini.

Pamela Anderson, "Baywatch", 1989

Pamela Anderson-un “Baywatch" tv-serialında geyindiyi qırmızı rəngli bütün bədən çimərlik geyimi 90- cı illərin çimərlik geyimi rəmzinə çevrildi. 90-cı illərdən bu yana bir çox markalar məhz Pamel Andersonun geyindiyi tərzdə çimərlik geyimləri dizayn etməyə çalışsalar da, həmin geyimi Amerika brendi Missguided dizayn etdi və eynisini buraxdı.

Virginie Ledoyen "Beach" 2000-ci il

Virginie Ledoyen-in filmdə geyindiyi göy rəngli bikini təkcə onun bədənilə deyil, həm də, təbiətlə ahəng təşkil edir.

Angelina Jolie, "Lara Croft: Tomb Raider" 2001-ci il

Angelina Jolie-nin filmdə geyindiyi qara rəngli bikini idman tərzində, rahat və texnoloji parçalardan hazırlanmış geyimdir. Məhz bu filmdən sonra bir çox markalar Lara Croft-un tərzini yansıdan çimərlik geyimləri dizayn etdilər.

Demi Moore, "Charlie"s Angels 2: Full Throttle", 2003

Qara trikotaj bikinini hər yaşda geyinməyin mümkünlüyünü 41 yaşlı Demi Moore, "Charlie";s Angels 2:Full Throttle" filmindəki obrazı ilə təsdiqlədi.

Keira Knightley, ";Atonement;, 2007

Keira Knightley-nin filmdə geyindiyi ağ rəngli bütün bədən çimərlik geyimi izləyiciləri 30-cu illərin dəbinə qaytardı.