Çimərlik geyiminizi və bikininizi bizimlə seçin

Artıq hər kəs tətil planları etməyə başlayıb. Amma təəssüf ki, hamı yay tətilini şəhərdən uzaqda, yaxud xaricdə keçirə bilmir. Səbəb isə həm vaxt, həm də büdcə əksikliyidir. Yaxşı ki, həftəsonları var. Və siz həftəsonunuzu şəhərdən uzaqlaşmadan tətil abu-havasında keçirə bilərsiniz. Bu məqamda ağlımıza ilk gələn ünvan çimərliklər olur. Havanın qızmağı ilə çimərliklər artıq mövsümü açıq elan ediblər. Çimərlik geyimlərinizi, aksesuarlarınızı, günəş kreminizi hazırlayın. Həftəsonu çimərliklər yolunuzu gözləyir.

Əgər siz hələ də çimərlik geyimi üçün alış-verişə getməmisinizsə, onda tələsin. Keçən yazılarımızın birində (Çimərlik geyiminizi və bikininizi bizimlə seçin – 2016 çimərlik dəbi) 2016-cı ilin çimərlik geyimlərində və bikinilərində hansı rənglərin və modellərin dəbdə olacağından bəhs etmişdik.

Bu gün isə “Alış-veriş” bələdçiniz olaraq sizin üçün həmişəki kimi araşdırdıq. İşinizi asanlaşdırmaq üçün alış-verişinizi hansı mağazadan və nə qədər büdcəylə edə bilərsiniz, bununla bağlı məsləhətlərimizi sizinlə paylaşırıq.

Halter Neck Swimsuit Zara 49.00 AZN

Tropical Trikini Swimsuit Zara 55.00 AZN

V-Neck Swimsuit Zara 55.00 AZN

Halter Neck Swimsuit Zara 55.00 AZN

Tropical summer print bikini top reversible Bershka 29.00 AZN

Reversible tropical bandeau Bershka 29.00 AZN

Printed bikini bottom 29 AZN; top 39 AZN Pull and Bear

Tie - dye bikini bottoms 29 AZN; top 39 AZN Pull and Bear

Ethnic bikini bottoms 29 AZN, top 39 AZN Pull and Bear

Aydan

Oxşar postlar