Cibinizə uyğun kokos tərkibli universal şampun

Kokos Hindistanda evlərdə əslər boyu alternativ müalicə üsulu olaraq istifadə olunub və hələ də, istifadə olunmaqdadır. Sağlamlıq baxımından çox faydası olsa da, ölkəmizdə geniş istifadə olunmur. Biz isə sizə kokosu həyatınıza əlavə edəcək faydalardan, saçlarınıza, bədəninizə təsirindən və universal şampun seçimindən xəbər veririk. 

Kokos karbohidratlarla zəngindir və eyni zamanda da, bütünlüklə lif qaynağıdır. Tərkibində bol miqdarda zülal var. O diabeti balanslaşdırır, yaşlanmanı yavaşladır, immuniteti gücləndirir, qarın hissəsindəki yağları əridir, enerji verir, qidalandırır, xolesterolun səviyyəsini balanslaşdırır, hamiləlikdə faydalıdır, bakteriyaları məhv edir, ağız sağlamlığına yaxşı təsir edir, saç və dəri sağlamlığına da yaxşı təsir göstərir.

Kokosun saç və bədən dərisinin sağlamlığına faydaları

Kokos saç və dəri sağlamlığı baxımından çox faydalıdır. Buna görə də, kosmetik və saça qulluq vasitələrində çox geniş istifadə olunur. 

Kokos quru dərilər üçün xüsusilə də, çox faydalıdır. Quruluqdan yaranan qabıqlanmanın qarışısını alır. Dəri xəstəliklərilə də mübarizədə bir nömrəli köməkçiniz ola bilər. Bundan əlavə əllərdəki quruluq üçün də, kokos çox yaxşı müalicə vasitəsidir. Eyni zamanda da, kokos antioksidant xüsusiyyətinə görə sərbəst radikalların dəriyə verdiyi zərərləri aradan qaldırır və dəri xərçənginin qarışısını alır. 

Qan axınının bədəndə sürətlənməsi onun daxilən təmizlənməsidir. Bu baxımdan kokos bədəninizdə qan axınını sürətləndirir.Və bunun sayəsində də, dəri təmizlənir, gənc qalır. Kokos təkcə dəriyə deyil, saçlara da çox yaxşı təsir edir. Saçların tökülməsinə səbəb olan bütün ünsürləri aradan qaldırır. Baş dərisindəki kəpək problemini əbədiyyən həll edir. Saçların sağlam və parlaq olmasına şərait yaradır. Pis hava şəraitində yaranan zədələnmələri də müalicə edir.

Kokos tərkibli universal şampun?!

Kokosun bu faydalarını bildikdən sonra yəqin ki, kokos tərkibli bədən və saçlara qulluq vasitələrindən istifadə etmək istəyəcəksiniz. Əvvəlcə bilməlisiniz ki, saç və bədənə qulluq dərindən olmalıdır. Yəni, əvvəlcə təmizlik vacibdir. Bunun üçün saç və bədənə uyğun şampun seçməlisiniz. Belə bir zamanda təbii ki, hər iki vasitəni almaq bir az çətindir. Bunun üçün də biz sizə cibinizə qənaət etmək üçün saça və bədənə uyğun olan universal şampunu məsləhət görərdik.

Bu KayPro seriyasından olan kokos tərkibli FREQUENT saç və bədən üçün tez-tez istifadə edilə bilən şampun və duş gelidir. Bütün növ saçlar və tez-tez istifadə üçün əla seçimdir. Energetik və sərinləşdirici təsir göstərir. Ph balansı formulası ilə gündəlik saç və bədənin təmizlənməsi üçün əlverişlidir. Bu şampunu saçlarınıza tətbiq edərkən nəm saçlara çəkin, saç diblərinizə masaj edərək yeridin və sonra ilıq su ilə yuyun.